Lənkəran Dövlət Universitetinə qarşı növbəti rüşvət iddiası

Lenkeran Dovlet Universiteti24.06.2013

Lənkəran Dövlət Universiteti yenidən rüşvət qalmaqalı ilə gündəmə gəlib. 

Əvvəlcə onu qeyd edək ki, bir neçə gün öncə universitetin bir qrup tələbəsi LDU-da müəllimlərin onlardan rüşvət tələb etməsi ilə bağlı mətbuata müraciət edib. 

AzNews.az-a daxil olan məlumata görə, bu müraciətin ardınca universitet rəhbərliyi həmin tələbələrlə görüşüb və onlara yaydıqları bu məlumatı təkzib etməyi tapşırıb. Universitetdə jurnalistlərin də iştirakı ilə geniş tədbir keçirilib və tələbələrə müsahibə verərək, rüşvət iddialarını yalanlamaq tapşırılıb.

Tələbələr isə geri çəkilmək niyyətində deyil. Onlar universitet rəhbərliyinin onlardan rüşvət tələb etməsi ilə bağlı məsələnin sonuna qədər getməkdə israrlıdırlar. AzNews.az-a göndərilən bu fotoda da rüşvət alınması anının əks olunması iddia olunur.

Xatırladaq ki, Lənkəran Dövlət Universitetinin müəllimlərinin rüşvət tələb etməsilə bağlı “Xural” qəzetində bir sıra məqalələr dərc olunduqdan sonra bu universitetin rəhbərliyi Mətbuat Şurasına şıkayət edərək, “Xural” qəzetinin “qara siyahıya” salınmasında özünəməxsus rol oynamışdı. Artıq universitetdə ikinci dəfə belə bir faktın açıqlanması onu sübut edir ki, “Xural” qəzetində dərc olunan məlumatlar həqiqət olub. Mətbuat Şurasının heç bir faktı araşdırmadan məmur özbaşınalığına dəstək verməsi də, sonradan bu qurumun çıxardığı qərrların ciddiliyini sual altında qoyur.

Xatırladaq ki, bir neçə ay əvvəl Lənkəran Dövlət Universiteti rüşvət qalmaqalı ilə gündəmə gəlmişdi. Universitetin prorektoru Qorxmaz Ağayev rüşvət alarkən yaxalanmış, bunun ardınca isə aldığı rüşvəti udaraq, dəlilləri aradan çıxarmağa cəhd etmişdi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button