Lapşinin ekstradisiyasını istəyən hələ də yoxdur

Həbsdə olan blogger Aleksandr Lapşinin öz ölkəsinə ekstradisiyası üçün Azərbaycan tərəfə müraciət edilməyib. Məlumatda bildirilir ki, A.Lapşinin ekstradisiya edilməsi ilə bağlı heç bir ölkə və səfirlikdən Azərbaycan Ədliyyə Nazirliyinə müraciət daxil olmayıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən A.Lapşin apellyasiya şikayəti verməyib. Təqsirləndirilən şəxs cəzasını öz ölkəsində çəkmək üçün İsrailin Azərbaycandakı Səfirliyinə müraciət etmişdi.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Lapşin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button