Lavrov ABŞ-ı hədələdi: “NATO geopolitik məkanı ələ keçirməyə başlayıb, buna imkan verməyəcəyik”

“Çox təəssüf ki, NATO “Şərq Tərəfdaşlığı” təşəbbüsünü reallaşdırmaqla geopolitik məkanın ələ keçirilməsinə üstünlük verməyə, xalqları “bizimki” və “özgələrə bölməyə başlayıb”.

Xural.com Strateq.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Macarıstanın “Madyar Nemzet” qəzetinə verdiyi müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu prosesin kulminasiya nöqtəsi Avropa İttifaqının bir sıra dövlətlərinin də dəstəklədiyi Ukraynadakı dövlət çevrilişi oldu. Amma nədənsə Qərb Rusiyanı günahlandırmağa başladı:

“Biz görünür avropalıların dünya arenasında müstəqil qərar verə biləcəyi barədə rolunu şişirmişik. Ukrayna böhranı Avropa İttifaqının Vaşinqtondan nə qədər siyasi və iqtisadi asılı olduğunu aydın göstərdi. Biz isə hər şeydən əvvəl öz maraqlarından çıxış etməyi bacaran güclü Avropa Birliyi ilə əməkdaşlıq etmək istərdik”.

Lavrovu deyib ki, Rusiya və Avropa İttifaqı Avropa qitəsində iki nəhəng oyunçulardı. Moskva yaxın gələcək üçün Avropa üçün enerji sahəsində əsas tərəfdaş kimi qalacaq:

Hazırda Rusiya və Avropa İttifaqı əsas suala cavab verəcək sərhədə gəlib çatıblar: Biz gələcək münasibətlərimizi necə görürük? Hansı istiqamətdə getməyə hazırlaşırıq? Mən əvvəlki kimi əminəm ki, perspektivdə Atlantikadan tutmuş Sakit okeana qədər olan zonanın yaradılması, iqtisadi və humanitar əməkdaşlıq hər iki tərəfin maraqlarına cavab verir”.

Lavrov vurğulayıb ki, NATO – nun hazırda götürdüyü kurs mənfi tendensiyaları artırır və Alyans bilərəkdən Avropada strateji balansı dağıtmaq kursu götürüb:

“NATO Rusiya sərhədləri yaxınlığında hərbi gücünü möhkəmləndirməklə ABŞ-ın qlobal raket əleyhinə müdafiə sisteminin Avropa seqmentini yaradır. Bu siyasət sabitliyi pozma və uzağı görə bilməmək adlanır. Bu baxımdan, Rusiya özünün milli təhlükəsizliyini təhdid edən bütün risk və təhlükələrə qarşı lazım olan bütün addımları atacaq”.

Rusiya xarici işlər naziri deyib ki, hazırda Moskva yenilənmiş xarici siyasət Konsepsiyası üzərində işləyir. Yenilənmiş mətndə son 3 ildə beynəlxalq müstəvidə baş vermiş dəyişiklərə verilən qiymət daxil edilib: “Bura Qərblə olan soyuq münasibətlər, Avrasiya məkanına inteqrasiya prosesləri, Yaxın Şərqdə və Şimali Afrikada baş verən deqredasiya və bununla əlaqədar meydana gəlmiş terror və ekstemizimə olan müansibət daxildir”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button