Lebedev: “Ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müraciətimizin nəticəsi olacaq”

 

Sergey Lebedev

“MDB ölkələrinin Xarici işlər nazirlərinin iclasında Dağlıq Qarabağ nizamlanması müzakirə olunan əsas məsələlərdən biri olub”.

Apa.az-ın Moskva müxbirinin verdiyi məlumata görə, bunu MDB-nin icraçı katibi Sergey Lebedev iclasın yekununa dair keçirdiyi mətbuat konfransında bildirib. 
 

O, iclasda Dağlıq Qarabağda yaranan gərgin vəziyyətlə bağlı Azərbaycan və Ermənistan XİN başçılarının çıxış etdiklərini söyləyib:

“Digər nazirlər də münaqişə ilə bağlı fikirlərini bildirdilər. Onlar Dağlıq Qarabağda vəziyyətin gərginləşməsindən narahat olduqlarını və təəssüf hissi keçirdiklərini dedilər.

MDB ölkələrinin XİN başçıları tərəfləri münaqişənin sülh yolu ilə həllinə çağırdılar. Ümid edirik ki, müraciətimizin nəticəsi olacaq”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button