Leyla Əliyeva – Ölü kəpənək

fyhgrYazıçı-publisist, tərcüməçi Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini Modern.az saytına təqdim edib. Ölü kəpənək” adlı şeiri oxucuların ixtiyarına veririk.

Çərçivəyə salınıb
Bir bəzəkli kəpənək. –
Qanadları çırpınmır…
Ürəyindən iynəylə
pərçimləyiblər onu
şüşəli çərçivəyə…
Ölü gözəlliyiylə
bəzək verir divara… –
Boş, yalqız bir otağa…
Özü ölüb,
gözəlliyi ölməyib…
Bunu duyur hər görən.
Görəsən  ağrısını
varmı bir duyub-bilən?..

Aydan arı göylərdə
Gün üzü görməyir o…
Külək də tumarlamır
ipək qanadlarını…
Şüşənin arxasında
eləcə donub qalır;
Kədərini bir kimsə
nə hiss edir, nə yanır…

Bu gözəlliyi süzüb
ötüb keçən insanlar
həzz alır bu lövhədən –
kəpənək ölüsündən…
Gözəl sözlər səslənir
kəpənəyin şəninə,
ölü gözəlliyinə… –
Yayılır boş kəlmələr
xudbinlərin dilindən…

Şüşənin arxasından
baxırlar çırpınmayan,
döyünməyən varlığa –
ö ölü gözəlliyə…
Düşünürəm bir anlıq:
Ölüm qərarı vermək
verilibmi bizlərə?
Biz haçan yiyələndik
o İlahi qüvvəyə.?!

İynəylə bir lövhəyə
sancılmış lal kəpənək,
Gözəlliyinə görə…
Həyətla təmənnasız…
vidalaşan kəpənək…
Ey ruhları, qəlbləri
“sığallayan” kəpənək..!
Yuxumdaydın bu gecə,
Ancaq tamam başqaydın:
Gözoxşayan güllərin
üfüqündə qanadın…
min bir rəngə çalırdı,
Yanırdın… sayrışırdın.
Çox böyük heyranlıqla
Mən səni seyr edirdim.
Həm də ki, ayağımla
şüşəli çərçivəni
sındırırdım, əzirdim…

Rus dilindən çevirəni: Mahir Qabiloğlu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button