Leyla Mustafayeva: Əfqan Muxtarlını izləyən adamlardan ikisi bunlar olub-FOTO

Bu barədə Əfqan Muxtarlının xanımı, jurnalist Leyla Mustafayeva öz “Facebook” səhifəsində məlumat yayıb.

“Əfqan Muxtarlı və Daşqın Ağalarlını izləyən adamlardan ikisi bunlar olub. Bu adamların fotosu martın sonlarında çəkilib. Əfqan və Daşqın Ağalarlının oturduğu restorana gedib restoran müdirindən onlar haqqında məlumatlar soruşub. Detalını Daşqın Ağalarlı bilir. Paylaşın. Gürcüstan polisi və prokurorluğu bu adamları “tapa bilmir”. Paylaşın, bəlkə burada tapdıq.”

Əfqan Muxtarlı və Daşqın Ağalarlını izləyən şəxslər

Xatırladaq ki, jurnalist Əfqan Muxtarlı mayın 29-da müəmmalı şəkildə Tbilisidən Bakıya gətirilib.
Jurnalist özü Gürcüstandan oğurlanaraq gətirildiyini, rəsmi qurumlarsa onun sərhəddi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıldığını bildirir.
Ona Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə (hakimiyyət nümayəndəsinə güc tətbiq etməklə müqavimət göstərmə), 318.1 (sərhəddi qanunsuz keçmə) və 206.1 (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.
Ə.Muxtarlının məsələsi ilə bağlı Gürcüstanda da cinayət işi açılıb. Bu ölkənin prezidenti jurnalistin xanımını qəbul edərək şikayətlərini dinləyib.
Bu il iyunun 15-də isə Avropa Parlamenti jurnalist Ə.Muxtarlı barədə qətnamə qəbul edərək, Azərbaycan hökumətindən onun dərhal azad edilməsini və bütün cinayət ittihamlarının ləğv edilməsini istəyib.
Qətnamədə yazılır ki, Gürcüstan İnsan Haqları üzrə Avropa Konvensiyasının tərəfdar dövlətidir və onun ərazisində yaşayan Azərbaycan vətəndaşlarının təhlükəsizliyini təmin etmək, onların güclə vətənə aparılmasının qarşısını almaq məsuliyyəti var.
Bastainfo.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button