Leyla və Arif Yunusların məhkəməsi iyulun 13-də keçiriləcək

 

Sülh və Demokratiya İnstitutunun (SDİ) direktoru Leyla Yunus və onun həyat yoldaşı, tarixçi-alim Arif Yunusun işi üzrə məhkəmə iclası iyulun 13-də saat 10:00-da Bakı Ağır Cinayətlər Məhkəməsində  Əfqan Hacıyevin sədrliyilə olacaq.

Bu barədə “Turan İA”-a vəkil Elçin Qəmbərov bildirib.

Məhkəmə iqtisadi cinayətlərin törədilməsi ittihamı üzrə cinayət işinə baxacaq.

İbtidai istintaqın yekunlarına əsasən 274-cü maddə (dövlətə xəyanət) üzrə ittiham ayrıca icraata götürülüb.

Bununla əlaqədar A.Yunusun barəsində 178.3.2-ci maddə (küllü miqdarda ziyan vurmaqla dələduzluq), L.Yunusa qarşı isə  178.3.2 (küllu miqdarda dələduzluq), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.2.2 (vergi ödənişindən yayınma), 320.1 və 320.2 (sənədlərin saxtalaşdırılması) ittihamları araşdırılacaq.

Leyla və Arif Yunuslar 2014-cü ilin iyulun sonu-avqustun əvvəllərində həbs olunublar.

Onlar Amnesty İnternational tərəfindən “vicdan məhbusları” kimi tanınıblar.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button