Leyla və Arif Yunusların məhkəməsi təxirə salındı

 Bu gün səhər məhkəmənin qarşısına diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların çoxsaylı təmsilçiləri, jurnalistlər toplaşıb

Sülh və Demokratiya İnstitutunun (SDİ) direktoru Leyla Yunus və onun həyat yoldaşı, tarixçi-alim Arif Yunusun işi üzrə iyulun 13-nə təyin edilən hazırlıq islası iyulun 15-i saat 10:00-dək təxirə salınıb.

Bu barədə  “Turan İA”-a Bakı Ağır Cinayətlər Məhkəməsindən bildirilib.

Məhkəmənin təxirə salınmasının səbəbləri barədə məlumat verilmir. Hətta vəkillər də məhkəminin təxirə salınmasından xəbərsiz olublar.

Bu gün səhər məhkəmənin qarşısına diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların çoxsaylı təmsilçiləri, jurnalistlər toplaşıb.

Leyla və Arif Yunuslar 2014-cü ilin iyulun sonu-avqustun əvvəllərində həbs olunublar.

İbtidai istintaqın yekunlarına əsasən onlara qarşı qaldırılmış 274-cü maddə (dövlətə xəyanət) üzrə ittiham ayrıca icraata götürülüb.

Məhkəmədə A.Yunusun barəsində 178.3.2-ci maddə (küllü miqdarda ziyan vurmaqla dələduzluq), L.Yunusa qarşı isə 178.3.2 (küllu miqdarda dələduzluq), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.2.2 (vergi ödənişindən yayınma), 320.1 və 320.2 (sənədlərin saxtalaşdırılması) ittihamları araşdırılacaq.

Leyla və Arif Yunuslar Amnesty İnternational tərəfindən “vicdan məhbusları” kimi tanınıblar.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button