Leyla Yunus 160 nəfərlik siyasi məhbus siyahısını Avropa Parlamentində təqdim edib

Oktay Güləliyev

Leyla Yunus 160 nəfərlik siyasi məhbus siyahısını Avropa Parlamentində təqdim edib
…Tanınmış hüquq müdafiəçisi Leyla Yunus siyasi məhbusların müdafiəsi ilə bağlı Avropada görüşlərə başlayıb. Onun növbəti görüşü Avropa Parlamentində olub. 28 noyabrda Avropa Parlamentində Azərbaycanla bağlı keçirilən müzakirələrdə Leyla xanım son həbslər, hazırda məhkəməsi gedən “Nardaran işi” və siyasi məhbuslarla bağlı çıxış edib. O çıxışında son siyasi məhbus siyahısını təqdim edərək Azərbaycanda 160 nəfərdən artıq siyasi məhbusun olduğunun bildirərək avropalı parlamentariləri onların azadlığa buraxılması istiqamətində mübarizəyə səsləyib.
Avropa Parlamentində politoloq Arif Yunus Azərbaycanda İslam faktoru mövzusunda çıxış edib.
Hər iki şəxsin səhhətində həbsdən qalma ciddi problemlərin olmasına baxmayaraq insan haqlarının durumu ilə bağlı Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılması istiqamətində göstərdikləri mövqeyə görə onlara eşq olsun!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button