Leyla Yunus anasının məzarını ziyarət etməyə getdi – VIDEO

Məhkəmədən azadlığa buraxılan Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus ordan birbaşa anasının qəbrini ziyarət etməyə gedib.

Bu haqda Azadlıq Radiosuna onun dostu Azad İsazadə məlumat verib.

Onun sözlərinə görə, Leyla Yunus indi çox zəifdir, ona görə də hələlik heç kimlə görüşmək istəmir.

“Leyla xanım bir qədər dincəldikdən sonra müshaibə verməyi düşünür”, – deyə hüquq müdafiəçisi bildirib.

Leyla Yunus bu gün Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə həbsdən azad edilib.

Hakim Vüqar Məmmədovun sədrlik etdiyi prosesdə Leyla Yunusa verilən 8 il yarım həbs cəzası CM-in 70-ci maddəsi tətbiq olunmaqla şərti hesab edilib. L.Yunus 5 il sınaq müddəti olmaqla həbsdən buraxılıb.

Eyni zamanda L.Yunusa CM-in 320-ci maddəsi ilə irəli sürülən ittihama xitam verilib. Buna səbəb kimi həmin ittiham üzrə məsiliyyətə cəlbetmə müddətinin keçməsi göstərilib.

iFrame

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button