Leyla Yunusdan Tale Bağırzadəyə təsirli məktub: “Siz tarix yazırsınız”

Hazırda Avropada olan hüquq müdafiəçisi Leyla Yunus “Müsəlman Birliyi” Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadəyə və onun müavini Elçin Qasımova məktub ünvanlayıb. Həmin məktubu təqdim edirik:

“Əziz Taleh Bağırzadə və Elçin Qasımov.

Mən bu məktubu yazaraq Sizi- bütün dostlarımızı əmin edirəm ki, heç biriniz unudulmamısınız. Məhkum olunmuş 78 nəfər tərəfdarlarınızdan heç biri diqqətsiz qalmayacaq. Bakı Ağır Cinayətlər Məhkəməsində davam edən məhkəmə prosesi insan haqlarının müdafiəsinə dair beynəlxalq ictimaiyyətin diqqətindədir. Dostlar, sizi “terrorist” Nardaranda olan əməliyyatı isə “regionda stabilliyi qorumaq” kimi qələmə vermək istəyi tamamilə uğursuz oldu.

Hüquq-mühafizə orqanları tərəfindən həyata keçən işgəncələr, qanun və hüquq pozuntularına dair bütün faktlar qeydə alınıb, beynəlxalq hüquq-müdafiə təşkilatlarının və müvafiq dövlət orqanlarının çoxsaylı hesabatlarına daxil olacaq.
Fəaliyyətini Avropada davam etdirən Sülh və Demokratiya İnstitutunda hal-hazırda qanunları kobud şəkildə pozan və pozmağa davam edən DİN, Prokurorluq, Ədliyyə Nazirliyi əməkdaşlarının və hakimlərin siyahısını tərtibetmə işi gedir. Bu insanların, həmçinin işgəncələrə və siyasi motivlərlə həbs edilənlərin saxta cinayət ittihamlarına da aidiyyatı var.

Siyasi əmrlə, saxta ittihamlar əsasında hökm oxuyan heç bir hakim nəzərdən qaçmayacaq.
Bu gün siz Azərbaycanın tarixini yazırsınız. Sizin cəsarətiniz və dözümlülüyünüz gələcək nəsillər üçün əfsanə olacaq. İllər keçəcək… və Nardaranda, hətta bütün Azərbaycanda küçələrə sizin adlarınızı verəcəklər.

Sizin Leyla Yunus

Sülh və Demokratiya İnstitutunun direktoru”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button