Lider Tv-də maaş qalmaqalı – Rəhbərlik pul olsa da maaşları vermir

Lider televiziyasının işçiləri 3 aydan çoxdur ki, əmək haqlarını ala bilmirlər.

Artıq televiziyanın bir neçə əməkdaşı iş yerlərini tərk etmək məcburiyyətində qalıb.

Skrom.Net xəbər verir ki, Lider televiziyasının çox saylı verilişləri prodakşnlara məxsus olsa da («Çıxış yolu», «Mətbəx tv», «Əsgər andı», «Tor», «Sağlam nəsil», «Antivirus», «Fit», “ Lider maqazin», «Yaxşı ki, varsan», «Dostlar», «Köklə sazı», «Bura Vətəndir», «Bu bizik Toliklə» “Analar Məktəbi” seriallar və s.) işçilərə əmək haqları verilməyib.

Halbuki efir saatlarını pulla alan prodakşn rəhbərləri ödənişləri televiziya rəhbərliyinə nağd şəklində təqdim edib. Telekanal rəhbərliyi isə pulu almalarına rəğmən maaşları ödəmir. Aldığımız məlumata görə televiziya gündüz saatları 3000-4000 manata, axşam saatlarını isə 5000-6000 manata satır.

Maaş ala bilməyən işçilər də etiraz etməkdən çəkinirlər. Çünki əmək haqqını tələb edən işçini işdən azad olunmaq təhlükəsi gözləyir. Məşhur, tanınan simalar maaş ala bilməyəndə işsiz qalmayacaqları üçün işdən çıxırlar. Digərləri isə bunu edə bilmir.

Eyni zamanda, Lider televiziyasında başqa problemlər də yaşanmaqdadır. Onlarla tanınmış insanlara efir qadağası qoyulub. Bu qadağalar məşhur müğənnilərə, müəyyən ziyalı şəxslərə aiddir. Bir çox məşhur müğənnilər qadağanın televiziyanın məsul işçisi Lamiyə Ələkbərqızının tətbiq etdiyini bildiriblər. Hətta bu günlərdə Lamiyə Ələkbərqızının da işdən uzaqlaşdırıldığı deyilir…

Ümumiyyətlə son dövrlər də Lider Tv-nin efirində yeni simalar demək olar ki, yoxdur. Olan simalar da prodakşna məxsus aparıcılardır. Lider Tv son illərdə demək olar ki, öz tamaşaçı kütləsini itirib. Televiziyanın 70-80 % efirini alan prodakşnların gəliri isə kifayət qədərdir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button