Liya Bayramova vəzifədən azad olunmasının SƏBƏBİNİ açıqladı: “Elmi fəaliyyətlə bağlıdır”

“Vəzifədən azad olunmağımın səbəbi elmi fəaliyyətlə məşğul olmaq niyyətimlə bağlıdır”.

Bunu Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Liya Bayramova deyib.

O, bildirib ki, mətbuat xidmətinin rəhbəri vəzifəsindən öz xahişi ilə azad edilib.

Qeyd edək ki, L.Bayramova 2015-ci ildən mətbuat xidmətinə rəhbərlik edirdi. Rəhbərlik etdiyi müddət ərzində adı çəkilən şöbənin Azərbaycan KİV-i ilə əməkdaşlığın təkminləşdirilməsi üzrə böyük işlər aparılıb, bölgələrin müalicə mərkəzlərinə tanışlıq məqsədi ilə dəfələrlə ziyarətlər, həmçının səhiyyə və bu sahə ilə bağlı bir çox konfrans və hesabat tədbirləri təşkil edib.

L.Bayramova uğurlu fəaliyyətinə görə çoxsaylı diplom və mükafatlarla, o cümlədən səhiyyə naziri O.Şirəliyevin qərarı ilə “Səhiyyə əlaçısı” nişanı ilə təltif edilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button