Lotu Quli sükutu pozdu: Düşmən klanlar “sxodka”ya toplaşır

Lotu Quli azadlığa çıxdıqdan sonra “oğru aləmin”də dəyişikliklər gözlənilirdi. Artıq bu dəqişikliklərin əsasının qoyulacağı “oğru sxodkası”na hazırlıq gedir.

Xural.com Cebhe.info-ya istinadən xəbər verir ki, kriminal generallar çoxdan davam edən sükutu pozmaq qərarına gəliblər. Budəfəki “sxodka” düşmən klanlar arasında münasibətlərin aydınlaşdırılmasına xidmət edəcək.

Xüsusilə 43 yaşlı”oğru” Zviad Papiaşvilinin Suxumi klanının rəhbəri Merab Cvanqveladze ilə görüşü “sxodka”nın keçirilməsi üçün əsas olub. Yunanıstanda olan “oğru”lar Merabı “statussuz” hesab etdiklərindən bu görüş narazılıq yaradıb.  Görüşdə Merab Zviada bəzi təkliflər verib, ancaq söhbətin hələlik nədən getdiyi tam olaraq bəlli deyil.

Bəzi məlumatlara görə, kriminal qruplaşmalar arasında münasibətlərin  aydınlaşdırılması təklifi Lotu Qulidən gəlib və Yunanıstandakı “sxodka”dan sonra daha böyük “sxodka”ya hazırlıq görüləcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button