“Mədəniyyət və Turizm Nazirliyi ləğv edilsin”- Allahverdi Yolçuyev
Aktyor Allahverdi Yolçuyev Mədəniyyət və Turizm Nazirliyinin ləğv edilməsini təklif edib.
“Qafqazinfo”nun məlumatına görə, bu haqda aktyor sosial şəbəkədə həmkarlarının diqqətdənkənar qalmasından gileylənərkən yazıb:
“Başa düşmürəm ki, niyə mədəniyyətə belə ögey münasibət göstərirlər? Hanı kinolar, dramaturqlar, rejissorlar, kinostudiyalar, yazıq aktyorların maaşı? Bunlar yoxdursa, mən təklif edirəm ki, Mədəniyyət Nazirliyi ləğv edilsin. Öz-özümüzü aldatmağımız kifayətdir. Axı mədəniyyət xalqın siması, mənəviyyatıdır”.