Məhəmməd Hatəmi Tantəkin xəstəxanaya qaldırıldı

Milli Azadlıq Hərəkatının təməl daşını qoyanlardan və ilk yaradılan “Çənlibel” təşkilatının qurucusu Məhəmməd Hatəmi Tantəkinin durumu bir neçə gündür ki, sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Məhəmməd Hatəminin səhhəti çox ağırdır və bir neçə gündür ki, sosial şəbəkə istifadəçiləri ölkə rəhbərliyinə, Milli Məclisin deputatlarına və ictimai-siyasi xadimlərə müraciət ünvanlayırlar ki, məsələ həllini tapsın.

Bu gün AMİP lideri Etibar Məmmədov və Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı Məhəmməd Hatəminin yanında olublar. Ağır vəziyyətdə olan Hatəminin üzərinə həkim çağırılıb və həkimlərin müayinəsindən sonra o, təcili tibbi yardım maşını ilə Bakı Sağlamlıq Mərkəzinə aparılıb.

evez-etibar-nemet hatemide2

Ailəsi – qızı Nərmin xanım, bacısı oğlu Turxan, qardaşı Tomrid, bacısı, yoldaşı bütün imkanları ilə Məhəmməd Hatəminin yanında və qulluğunda olsalar da, Tantəkinin müalicəsinə Milli Azadlıq Hərəkatının əfsanəvi liderlərindən biri olaraq Azərbaycan dövləti və hökuməti əl qoymalıdır. Bu haqda artıq sosial şəbəkələr də həyəcan təbili çalır.

Maraqlıdır ki, xural.com əməkdaşlarının da iştirak etdiyi prosüsdə arzuolunmaz anlar yaşanıb. Həkimlər Məhəmməd Hatəminin yaşadığı binaya daxil olanda gözlənilmədən işıqlar söndürülüb. Liftdə qalan həkimləri qayğıkeş qonşular birtəhət liftdən çəxarıblar və Məhəmməd Hatəmini təcili tibbi yardım maşınına mindirmək üçün 9-cu mərtəbədən çətinliklə endirməli olublar. Heç bir səbəb olmadan işıqların söndürülməsini “Azərişıq”ın mətbuat xidmətinin sədri Tanrıverdi Mustafayev də izah edə bilməyib. Tezliklə problemin həll edilməli olduğu bildirilsə də, problem həllini tapmayıb.

evez-nemet xestexanada1

Məhəmməd Hatəmi təcili tibbi yardım maşını ilə Bakı Sağlamlıq Mərkəzinə gətirilib və reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun bazar ertəsinə qədər reanimasiyada qalacağını, bazar ertəsindən sonra xəstənin vəziyyətinə aydınlıq gətiriləcəyini dedilər.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl ölkənin tanınmış həkimləri Paşa Qəlbinur və Eldar Abasov da Məhəmməd Hatəmi Tantəkini evini müayinə ediblər və ona lazımi tibbi yardımı göstəriblər. Eldar Abasovla Paşa Qəlbinurun ziyarətindən sonra Etibar Məmmədovla Nemət Pənahlının da keçmiş hərəkat yoldaşlarının yardımına yetişməsi millətimizin hələ dimdik ayaqda olduğunun bariz göstəricisidir. Təbii ki, sahib çıxarsaq, bu millət ölməyəcəkdir! İndən sonra işimiz hələ yeni başlayır və hər kəsə təşəkkür edirik.

Bizə dua etmək qalır, əziz Azərbaycanlılar!

Dualarınız Məhəmməd Hatəmi Tantəkindən əsirgəməyin!

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button