Məhəmməd Hatəmiyə ağı

Azərbaycanın istiqlalı, qurtuluşu, bütövlüyü yolunda ilkin yaşlarındn bütün ömrünü mübarizələrə həsr edən, “Azadlıq” meydanından əzəmətli səsi gələn, millətinin azadlığı yolunda şanlı bir döyüş yolu keçən, xalqının həm döyüşçü, həm alim və həm də şərəfli bir oğlu olan Məhəmməd Hatəmi Tantəkinə həsr olunur.
Savalan Zirvəsində
Uçqunlara düşəndə daş qayaya sığınar,
Ox nişanın peşində,
ox da yaya sığınar,
Bütöv Azərbaycanın sən ey büsutun oğlu,
Xəlqinə,  Vətəninə hər zaman sütun oğlu,
Sən qoca Savalanın zirvəsində qar idin,
Anan Azərbaycana oğul kimi var idin,
Ana deyib hay verdin, döyüşlərə atıldın,
Cədhələrdən-cəbhəyə hər əzaba qatıldın,
Sən ey böyük Turanın əzəmətli qartalı,
Keçən göy meşələri, aşan qarlı dağları,
Azərbaycan, Savalan, bu gün başın sağ olsun,
Səttarxan, Hatəmilər yurdu üzün ağ olsun,
Halal olsun qoynunda o yatdığın torpağın,
Baş ucunda qürurla dalğalanan bayrağın.
Müəllif: Qənimət Süleymaniyyə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button