Məhərrəm Əliyevin qohumu bundan öncə də barda qız döyübmüş — FOTOLAR

meherremeliyev.jpg.pagespeed.ce.IDciEO3JcM

Dünən Nəsimi Rayon Polis İdarəsindən haqqın.az-a Bakıda növbəti hadisə barədə məlumat verilib və bu olayda, göründüyü kimi, yenə də yüksək vəzifəli məmurların qohumları və dostlarının adları hallanır. Polis orqanlarının məlumatına əsasən, bir qrup naməlum şəxs Tbilisi prospektindəki yanacaqdoldurma stansiyasının əməkdaşını döyüb.

Criminal.az saytı isə yanacaqdoldurma stansiyasının əməkdaşını döyən şəxslərdən birinin İ.Əzizov olduğunu və onun Azərbaycan Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri, general-leytenant Məhərrəm Əliyevin yaxın qohumluqları barədə yazıb.

Ölkə.Az saytı olaraq isə general-leytenant Məhərrəm Əliyevin yaxın qohumu İ.Əzizov haqqında qısa bir araşdırma apardıq və onun yaxın keçmişdə də bu kimi kriminal hadisələrə bulaşdığını gördük.

Belə ki, İsa Əzizov 2015-ci ilin may ayında Bakıda “Famous” karaoke-klubda qızları döymüşdü.

Həmin vaxt Bakıdakı karaoke klublarından birində əlbəyaxa döyüş ustası gücünü qadın üzərində sınayıb. Olayın maraqlı yönü odur ki, döyülən qadın da idmançıd olub.

Hadisə 2 may 2015-ci il Yasamal rayonu ərazisində yerləşən məşhur “Famous” karaoke-klubda baş vermişdi və Elvira Əliyeva saat 03 radələrində karaoke-klubda rəfiqəsi Diana Babayeva ilə əylənirmiş. Elvira mahnı oxuyan zaman qaydasız döyüş üzrə çempion olan İsa Əzizov onlara qarşı gözlənilməz addım atıb.

Hadisə barədə zərərçəkmiş E.Əliyeva mətbuata açıqlamasında başına gələnləri belə nəql etmişdi:

“Mahnı oxuyurdum, hiss edirdim ki, həmin İsa mənə baxır. Ayaqyoluna gedəndə qapını açdım və içəridə onu gördüm. Dedi ki, tanıyırsan məni, “xeyr” cavabı verdim. Əvvəl dedi, bir məktəbdə oxumuşuq, sonra bir yerdə məşq etdiyimizi bildirərək tanış olduğumuzu mənə göstərmək istəyirdi. Yenə də onu tanımadığımı bildirdim. Əli ilə də qapını elə tutmuşdu ki, çıxa da bilmirdim. Mənə qayıtdı ki, yaxşı fikirləş. Dedim ki, qardaş, tanımıram, tanımaq da istəmirəm. Rəfiqəm gəlib məni öz yerimə apardı. Rəfiqəmə “ağıllı ol” dedi. Stolumuzda oturanda mənə yaxınlaşdı və sillə vurdu. Durub itələdim, bundan sonra yumruq və təpiklər başladı. Huşumu itirmişəm və məni salondan çıxararaq ayaqyolunun qabağına atıblar. Yanımızda oğlan vardı, o da İsa Əzizova nəsə deyəndə gözlənilməz zərbə aldı. İsa onu bir zərbə ilə yerə yıxıb təpikləməyə başladı. Diana gəlib məni tualetin qarşısında ağız-burnumu qan içində görüb”.

E.Əliyevanın başına gələnlər bununla da bitməyib. Zərərçəkmiş əlavə etdi ki, İsa onu tualetə salıb bağlamaq istəyirmiş, ancaq dostları yaxınlaşıb polis gəldiyini deyəndən sonra fikri dəyişib:

“Sonra məni “Gelandewagen” markalı, 90 HN 999 markalı avtomobilə saldı. Rəfiqəm klubun mühafizəçiləri və polislərdən kömək istəsə də, aldığı cavab “sən ağzını yum” olub”.

Birtəhər canını qurtaran E.Əliyeva 1 saylı Şəhər Xəstəxanasına gedib, Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib. Bədənindən, başından xəsarət alan E.Əliyeva şəkillərini mətbuata göndərib.

Həmçinin iddialara görə, İ.Əzizov belə hərəkətləri bir neçə dəfə olub. Daha əvvəl də “Skech lounge”da buna oxşar hadisə törədib.

İ.Əzizovun özü ilə əlaqə saxlamağa çalışsaq da, səylərimiz nəticə vermədi.

Onu da əlavə edək ki, İ.Əzizov kikboksinq idman növü ilə məşğuldur və həmin federasiyanın prezidenti millət vəkili, Məhərrəm Əliyevin doğma qardaşı Adil Əliyevdir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button