“Məhkəmələr və hakimlər haqqında” qanunda dəyişiklik oldu

prezident204 May 2015

Bu gün Prezident İlham Əliyev “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” sərəncam verib.
Sərəncama əsasən, “Məhkəmələr və hakimlər haqqında” Qanuna aşağıdakı dəyişikliklər olacaq:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib, Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
***
XuralTAC xəbər verir ki, bu gün Prezident Milli Məclisin Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununuda aşağıdakı maddə və sözləri dəyişdirən qərarı təsdiqləyib:

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 413; 1999, № 5, maddə 284, № 7, maddə 396, № 10, maddə 570; 2001, № 5, maddə 292, № 6, maddə 379, № 7, maddə 455; 2002, № 1, maddə 4, № 12, maddə 706; 2003, № 6, maddə 278; 2004, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddə 199, № 8, maddələr 597, 598, № 9, maddə 669; 2005, № 1, maddə 7, № 8, maddə 686; 2006, № 1, maddə 4, № 12, maddə 1005; 2007, № 5, maddələr 439, 446, № 7, maddə 712, № 11, maddə 1078, № 12, maddə 1222; 2008, № 3, maddə 163, № 7, maddə 609; 2009, № 2, maddə 46, № 11, maddə 878; 2010, № 7, maddə 596, № 10, maddə 842; 2011, № 4, maddə 265; 2013, № 1, maddə 21; 2014, № 2, maddə 85, № 7, maddələr 782, 784; Azərbaycan Respublikasının 2014-cü il 30 dekabr tarixli 1168-IVQD nömrəli Qanunu) 113-cü maddəsinin ikinci hissəsinin 8-ci bəndində “vətəndaşlığından çıxdıqda” sözləri “vətəndaşlığına xitam verildikdə” sözləri ilə əvəz edilsin.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button