Məleykə Abbaszadə ilə Samir Nuriyevə yeni vəzifələr verildi

ilham əliyev2

Prezident İlham Əliyev bu gün bir neçə təyinatla bağlı sərəncam verib.

Strateq.az xəbər verir ki, sərəncama əsasən, Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, M.Abbaszadə dünən ləğv edilən TQDK-nın sədri idi.

Digər sərəncamla isə Samir Rafiq oğlu Nuriyev Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsindən azad edilərək, dünən yaradılan Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru təyin olunub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button