Məmməd İbrahimin həbs müddəti uzadıldı

məmməd ibrahim

AXCP funksioneri Cinayət Məcəlləsinin 221.2.2 maddıəsi irəli sürülüb

Noyabrın 13-də saat 2-də Nərimanov Rayon Məhkəməsində hakim Turqay Hüseynovun sədrliyi ilə AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin həbs müddətinin uzadılmasına baxılıb.

Bu barədə Meydan TV-yə məlumat verən vəkil Yalçın İmanov bildirib ki, Məmməd İbrahimin həbs müddətinin 1 ay uzadılıması haqda qərar çıxarılıb.

Məmməd İbrahim AXCP-dən çıxarılan Razi Nurullayevin dəstəsindəki Mikayıl Quliyev adlı birinin şikayəti əsasında başlanmış cinayət işi üzrə sentyabrın 30-da saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.2.2-ci (vəzifəsini yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi, yaxud digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) maddəsilə yeni ittiham irəli sürülüb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button