Adil Əliyev Hüseyn Abdullayevə sərt cavablar verdi: “Səndən fərqli olaraq…”

 adil əliyev

Hüseyn Abdullayevin cavabına deputat Adil Əliyevin reaksiyası özünü çox gözlətmədi. Özünün facebook səhifəsində Hüseyn Abdullayevə cavab verən deputat, ona çox sərt sözlərlə cavab verib:

“Deyəsən apardığım uğurlu seçki kampaniyam müxaliflərimin sayını artırır. Bundan çəkinmirəm. Demək düz yoldayam. İndi də mənə qarşı keçmiş millət vəkili Hüseyn Abdullayevi danışdırıblar. Bugünlərdə məndən müsahibə götürən jurnalistlərdən biri Hüseyn Abdullayevin vaxtilə millət vəkiliyindən uzaqlaşdırılmasıyla bağlı sual verib, cavabımda həmin olayla bağlı öz düşüncələrimi bölüşmüşəm. İstəyən “Qaynar Qazan” layihəsinin ikinci hissəsində yayınlanan müsahibəmi bir daha nəzərdən keçirə bilər. İndi Hüseyn Abdullayev guya özlüyündə mənə cavab verib, “nala-mıxa vurduğumu” deyib. Doğrusu, bu adda şəxsi unutmuşdum, çünki çoxdandır xəbəri də gəlmir, yenə Azərbaycanda olanla mahnıdan-zaddan bəstələyirdi, adını ara-sıra kliplərdən eşidirdik, indi onu da yadırğayıb, yəqin Almaniyada “ilham pərisi” qeybə çəkilib. Hüseyn Abdullayev, mən Sənin təbirincə desək, “nala-mıxa vurmuram”. Səndən fərqli olaraq bir yerə vururam. Bəli, mən prezidentimiz İlham Əliyevin siyasi kursunu dəstəkləyirəm və bu kursa da sadiqəm. Mən başqaları kimi dünən hakimiyyəti, bu gün müxalifəti dəstəkləyənlərdən deyiləm. 180 dərəcə dönüklük əqidəli insanların işi deyil. Hakimiyyəti bəyənməyən mübarizəsini vətənində aparar. Uzaq Avropada məskən salıb ona buna mesaj göndərməkdən mənasız iş yoxdur, bəlkə də heç başqa işi də yoxdur…

Dünən Hüseyn Abdullayev “Qaynar Qazan”da danışan millət vəkili Adil Əliyevə cavab vermişdi: “O, gah deyir ki, parlamentdə mənə qarşı ədalətsiz qərar çıxarılıb, gah da dönüb deyir ki, mən Azərbaycana qarşıyam”.

Əvəz Zeynallının deputat Adil Əliyevlə “Qaynar Qazan” layihəsinin II hissəsində adı çəkilən və hazırda mühacirət həyatı yaşayan Hüseyn Abdullayevdən cavab gəlmişdi.

Müsahibədə Hüseyn Abdullayevlə bağlı sual hazırda mühacirət həyatı yaşayan Yeganə Əmiraslanlıdan gəlmişdi: “100 faiz eyni cəbhədə olduqları Hüseyn Abdullayevin başına gətirilənlərə etiraz etməmək, ən azı etibarsızlıq deyilmi?” Suala münasibət bildirən Adil Əliyevin cavabı belə olmuşdu: “Mənim münasibətim nə yaxşı, nə də ki, pis olub. Yəni belə bir dostluğum, qardaşlığım olmayıb, belə bir düşmənçiliyim də olmayıb. Hüseyn Abdullayevi tanımışam təbii ki… Ancaq Hüseyn Abdullayevlə bağlı həmin ərəfədə çıxarılan qərarda mənim dəsti-xəttim, öz fikrim olub. Mən demişəm ki, əgər Hüseyn Abdullayevə qarşı müəyyən tədbirlər görülürsə, o zaman alternativ olaraq o münaqişə yaradan başqa millət vəkilinə də olmalıdır. Bu fikri mən demişəm…”

“Fəzail Ağamalı ilə olan hadisədə?” sualına verilən cavabda Adil Əliyev bunları deyib: “Bəli… Bəli… Həmin ərəfədə. Təbii ki, Hüseyn Abdullayev Azərbaycana qarşıdır. Bu gün sən kimdənsə inciyə bilərsən, bu, o demək deyil ki, sən Azərbaycana, dövlətə, dövlətçiliyə qarşı olmalısan. Əgər mən bu gün bu dövləti təmsil edirəmsə, bu dövlətin şəxsiyyət vəsiqəsini cibimdə gəzdirirəmsə, mən özümə azərbaycanlı deyib, pasportunu cibimdə gəzdirirəmsə, bu dövlətin himnini öz himnim sayıramsa, dövlət dilini öz dilim sayıramsa, mən bu dövlətə qarşı heç vaxt çıxmaram. Bu gün mən o adamları qınayıram ki, o adamlar bu gün deyirlər ki, mən əliyevçiyəm, mən bu dövlətin adamıyam, sabah da gedib başqa partiyalara qoşulur. Əgər bu dövlət məni istəməsə, sıralarından məni çıxarsa, xaric eləsə, mən o zaman çalışaram ki, mənə qoşulsunlar… Mən heç kimə qoşulmaram.”

hüseyn abdullayev

Müsahibə dərc olunandan sonra hazırda Almaniyada yaşayan Hüseyn Abdullayev xural.com-a bunları demişdi: “Mən baxdım o nala-mıxa vuran Adil Əliyevin mənimlə baglı cavabına. O, gah deyir ki, parlamentdə mənə qarşı ədalətsiz qərar çıxarılıb, gah da dönüb deyir ki, mən Azərbaycana qarşıyam. Birincisi, mən özüm bilərəm nəyi düz, nəyi əyri etmişəm. İkincisi də, kimin Azərbaycana və Azərbaycan xalqına nə qədər yaxın olduğunu xalqımız daha yaxşı bilir.”

 

xural.com

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button