Məşhur fransız kəşfiyyatçısı Alen Rodye yazır: İŞİD üzərində qələbəyə hələ çox var – Təhlil

ISID

Atlantico (Fransa), 25.04.2016

Ağır itkilərə baxmayaq, İŞİD hələ qətiyyən uduzmayıb. Suriya və İraqda durum olduqca qeyri-sabit və hətta ona görə gözlənilməzdir ki, vəziyyəti müxtəlif, bəzən isə tamamilə zidd maraqlı oyunçular formalaşdırır.

Suriya rejimi rusiyalı, iraqlı müttəfiqlərinin və əfqan şiə dəstələrinin, həmçinin Livan “Hizbullah”ının köməyi ilə keçən ilin sonundan hücuma keçdi və cüzi ərazini döyüşlə geri aldı. Ən təsirli uğurlar Hələb, Dəməşq, Kalamun dağı və olduqca asan şəkildə geri almaq mümkün olan tarixi Palmira bölgələrində qeydə alındı (kürd “Demokratik birlik” qüvvələri birbaşa olmasa da, öz dəstəklərini verdilər).

Dəməşqdə eyforiya ən yüksək həddə çatarkən prezident Bəşər Əsəd hətta bildirdi ki, bütün Suriya üzərində nəzarəti ələ almayınca dayanmayacaq. Bu sözlər açıq şəkildə Putinə xoş gəlmədi və sonralar (martın 14-də) Rusiya kontingentinin çıxardılması haqda açıqlama verdi, lakin bu hər halda Tartus limanında və Xmeymim aviabazasında qüvvə saxlanmağını nəzərdə tuturdu. Bundan başqa, sonradan müəyyən edildiyi kimi, Rusiya hərbçiləri çox da azalmadı, qırıcı-bombardmançıların əvəzinə isə yerüstü qüvvələrə daha asan şəkildə atəş dəstəyi verən K-52 və Mi-28 helikopterləri gəldi.

Hər şeydən göründüyü üzrə, Suriya ordusunun, kürdlərin və başda “Cəbhət ən-Nusra” (“Əl-Qaidə”nin Suriya təmsilçiliyi) olmaqla Suriyanın “mötədil” müxalifət dəstələrinin hücumlarına yalnız rəmzi müqavimət göstərən İŞİD-in zəifliyi haqda heç kim ciddi şəkildə düşünmür.

Əslində, hərbçilərin dedikləri kimi, İŞİD “əvvəlcədən hazırlanmış mövqelərə” çəkildi və əvvələr bildirildiyi kimi, çox da böyük olmayan sıralarında itkilərdən yayındı. Məsələ bundadır ki, asimmetrik müharibə (teraktlar, reydlər və s.) çərçivəsindən başqa, İŞİD “daim hücum” strategiyasını tətbiq edir. Başqa sözlə, eyni zamanda onun üçün həm taktiki, həm də psixoloji iflas kimi qiymətləndirilə biləcək müdafiə mövqeyindən söhbət gedə də bilməz. Çünki bu radikal islamçı hərəkatın varlığı qələbə dinamikasına söykənir. Bu ona nəzarətdə olan bölgələrin əhalisinin dəstəyini və könüllülər axınını təmin edir. Bu amillər zəifləsə, İŞİD də bitər. Yəni o, sayca üstün və qətiyyətlə köklənmiş qüvvələrdən öz mövqeyini müdafiə etmək məntiqini qəbul edə bilməz. Belöəliklə, İŞİD dəstələri əlverişsiz taktiki durum meydana çıxarkən əlverişli məqam gözləməklə ətrafa səpələnir ki, əks-hücuma keçsinlər. Rəqib xəttinin (artan məsafə nəzərə alınmaqla) təbii uzanmağı onlara böyük taktiki üstünlük verir.

İŞİD-in baza özəyi “fəsil” adlanır. Söhbət, təxminən, on nəfərlik motorlaşdırılmış və (bəzən ağır pulemyotlu) iki-üç pikapdan ibarət döyüş qrupundan gedir. Hər bir döyüşçünün avtomatı və ikinci silahı – snayper tüfəngi və yaxud TƏQ-i (tank əleyhinə qranatatan) var. Hər bir fəsil müstəqil hərəkət edir, lakin hücum vaxtı çatanda “saray” yaratmaqdan ötrü eyni tipli daha üç qrupla birləşir. Bu cür dəstəni 50-60 döyüşçüdən ibarət kiçik rota ilə müqayisə etmək olar. Sarayın dörd fəsildən savayı ağır pulemyotlu, hətta tank əleyhinə raketlərə malik  dəstək qrupları var. Sonuncunu daha çox “mötədil” müxalaifət tədarük edib. Ən mühüm əməliyyatlarda bir neçə saray ağır silahların – artilleriya və əksər hissəsi top kimi istifadə edilən döyüş tanklarının dəstəyi ilə “katib” (batalyon) formalaşdıra bilər.

Aviazərbələrə qarşı durmaqdan ötrü qüvvələrin strukturu olduqca çevik olaraq qalır: dəstələr yalnız son anda daha böyük dəstədə birləşir. İŞİD taktikasının özəlliyi düşmən xəttinin yarılması üçün minalanmış avtomobillərdən fəal istifadədir: döyüşçülər heç kimə rəhm etmədən açıq yarığa can atır.  Adətən, bir hədəfə qarşı eyni zamanda bu cür bir neçə maşından istifadə olunur ki, taktiki və psixoloji baxımdan ən güclü zərbəyə çevrilir. Bütün bunlar pulemyotçu və snayperlərin atəş dəstəyi ilə möhkəmləndirilir.

Hazırda Suriyada döyüşlərin durumu nə yerdədir?

İŞİD-in çevik və manevrli dəstələri hazırda hökumət qüvvələrinin və “mötədil” müxalifətin üstünlüyünü kölgədə qoyan fəal əks-hücumlar təşkil edir. Yeri gəlmişkən, sonuncu Türkiyə sərhədi boyunca Ər-Ray yaşayış məntəqəsi yönündə hərəkət edib, lakin indi çətin duruma düşüb. Sərhədin o tayından Türkiyə artilleriyasının dəstəyinə baxmayaraq, İŞİD gücləri şərqə doğru xeyli irəliləyən bölmələri arxa cəbhə bazasından təcrid etməyə nail olub. İŞİD-in əlinə xeylıi silah keçib – xüsusən də Amerika və Rusiya istehsalı olanlar…

Hələbin güneyində nizami ordu Palmira və Hələbin azad edilməsinə başçılıq etmiş general-mayor Süleyl əl-Həsənin rəhbərliyi ilə irimiqyaslı təmizliyə hazırlaşırdı. Bununla belə, İŞİD onun planlarına mane oldu və Xamadan gələn təchizat xətti üçün təhlükə yaratdı. İranın “Əl-Qüds” xüsusi bölmələrinə başçılıq edən general-mayor Qasım Süleymani (o, Suriya rejimi qüvvələrinə “məsləhət verir”) aprelin ortalarında Moskvaya yollandı ki, durumu təcili şəkildə müzakirə etsin. Yadınızdadırsa, 2015-ci ilin avqustunda elə bu cür səfərdən sonra Rusiya ordusu Suriyaya bierbaşa müdaxiləyə başladı… Palmiranı saxlayan hökumət qüvvələri də çətin durumdadır: İŞİD daim təhlükə yaradır və şəhəri araxca cəbhədən ayırmaq təhlükəsi törədir. Şərqə dodğru Deyr-əz-Zaurda mühasirəyə alınmış general-mayor İsam Zəhrəddinin qüvvələri İŞİD-in daimi zərbələrinə məruz qalır.

İŞİD Dəməşqdə fəlsətinli qaçqınların bir qismi “Cəbhət ən-Nusra”nın əlində olan Yarmuk düşərgəsini tam şəkildə geri alıb. Nəhayət, Yarmukun İŞİD-lə əlaqəli olan əzabkeşlər briqadası “Cəbhət ən-Nusra” və “Əhrar əş-Şam” üsyançılarını sıxışdırıb Suriyanın cənubi-şərqində (İsraillə İordaniyanın nəzarət etyddiyi Holan təpələrinin qonşuluğundadır) mövqelərini möhkəmləndirdi.

Əlbəttə, İŞİD ağır itkilər verir, lakin bu çox sürətlə bərpa edilir. Hər şeydən göründüyü kimi, hərəkatın silah və döyüş sursatı təchizatı sarıdan müşkülü yoxdur. Bundan başqa, onun döyüşçüləri – istər hökumət qoşunalrı olsun, istər “Cəbhət ən-Nusra”, istərsə də “mötədil” müxalifət – rəqibinkindən xeyli motivlidir.

Suriya rejimi aprelin 13-də keçirdiyi parlament seçkilərində qalıb gəldi və artıq yuxarıda sözügedən xarici yardım sayəsində mövqeləri əldə saxlayır. İranlıların bütün işləri heç də yaxşı getmir. Bu yaxınlaradək Suiyada ancaq inqilab keşikçilərinin dəstələri vuruşurdu, lakin martda Hələb yaxınlığında 65-ci hava-desant briqadası onlara qoşuldu ki, bu da İran nizamu qoşunlarının xaricdə ilk əməliyyatı oldu. Döyüşün ilk günlərində bir neçə hərbçi, o cümlədən polkovnik həlak oldu.

Beləliklə, İŞİD-in məğlubiyyətinə hələ çox var, Suriya (və İraqda) hərbi durum isə xüsusən də ziddmaraqlı çoxlu oyunçuların qarşıdurması fonunda yaxın aylarda asanlıqla dəyişə bilər. Məsələn, üsyançılar koalisiyası aprelin 17-də hesab etdi ki, rejim atəşkəs şərtlərinə əməl etmir və Latakiyanın şimalında hərəkətə keçdi. Həm də münaqişə suriyalıların maraqlarının hüdudlarından xeyli kənara çıxır və bir tərəfdən İranla Ruisya, digər tərəfdən Səudiyyə ərəbistanı, Qətər, Türkiyə, ABŞ və (vahid mövqesiz) Avropa arasında nüfuz uğrunda mübarizə çərçivəsində nəzərdən keçirilməlidir. Çin və İsrail baş verənləri müşahidə edir və xalları hesablayır. Yeganə ümumi amil: İŞİD hamıya qarşı!

Alen Rodye   

Tərcümə Strateq.az-ındır. 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button