Məşhurların 100 minlik maşınları – FOTO

1430206739_axar.az1430164543avto128.04.2015

“Ferrari”, “Tesla Model S” və yüksək sürətli “McLaren”. Bunlar Hollivud ulduzları, məşhur müğənnilər və futbolçuların gəzdiyi avtomobillərdir. Dünya ulduzları tez-tez onları dəyişdirirlər və qəzalarda sındırırlar. Məşhurların hansı avtomobillərə meyl saldığını sizə təqdim edirik.

Basketbol ulduzu Dennis Rodman yaxın vaxtlarda 1996-cı ildə istehsal olunan “Hummer H1” avtomobilini 55.000 dollara satışa qoyub.

Aktyor Ceyson Steytem yaxın vaxtlarda “Ferrari F12” Berlinetta avtomobilini əldə edib.

Britni Spirs ağ rəngli “Mercedes-Benz G-Wagon” sürür.

Məşhur avtopilot Lyuis Hamilton yaxın vaxtlarda öz avtoparkını “McLaren P1” avtomobili ilə zənginləşdirib.
“Amerika piroqu” filminin ulduzu Elison Hanniqan “Tesla Model S” elektrik avtomobilinə malikdir. Bekhem cütlüyü “Range Rover” maşınında gəzməyi sevir.

Müğənni Qven Stefani yaxın vaxtlarda öz “Range Rover”ini yenisi ilə dəyişib. Dünya futbol ulduzlarından biri Kriştianu Ronaldu öz kolleksiyasını “Rolls Royce Ghost” avtomobilini əlavə edib.

Lenni Kraviçin avtoparkında “Porsche Panamera” var.

Kino-aktrisa Dryu Berrimor bu günlərdə Los-Ancelesdə “Mercedes-Benz E350”-nin sükanı arxasında görünüb.

Oskarlı Hollivud aktrisası Sandra Bullok “Mercedes-Benz GL550” sürür.

Azərbaycanda isə, şou əhlinin ən ucuz avtomobilinin qiyməti 7 min, ən bahalısının isə 1 milyon dollara çatır.

Sənətçilərin idarə etdikləri avtomobillərin markalarını təqdim edirik:

Müğənni Röya Ayxan – “Cadillac Escalade”, qiyməti: 80-90 min dollar civarında.
Xalq artisti Aygün Kazımova – “Chevrolet Camaro”, qiyməti: 37-45 min dollar civarında.
Xalq artisti Faiq Ağayev – “Cadilac Escalade”, qiyməti: 80-90 min dollar civarında.
Reper Miri Yusif – “Jeep Grand Cherokee”, qiyməti 45-60 min dollar civarında.
Biznes lady Ruhi – “Bentley Continental GT”, qiyməti 150-200 min dollar civarında.
Günay İbrahimli – “Dodge Durango”, qiyməti 40-55 min dollar civarında.
Prodüser Tolik – “Porsche Panamera”, qiyməti 100-120 min dollar civarında.
Xalq artisti Məleykə Əsədova – “Maserati Quattroporte”, qiyməti 100-150 min dollar civarında.
Namiq Qaraçuxurlu – “Lexus LX 570”, 100-140 min dollar civarında.
Rəhim Rəhimli – “Porsche Cayenne”, qiyməti 90-135 min dollar civarında.
Xalq artisti Arif Quliyev – “QAZ 3110”, qiyməti 5-7 min dollar civarında.
Cavanşir Məmmədov – “Rolls-Royce Phantom”, qiyməti – 500 min – 1 milyon dollar.
Xalq artisti İlhamə Quliyeva – “İnfiniti QX56”, qiyməti 80-110 min dollar civarında.
Teleaparıcı Xoşqədəm Hidayətqızı – “İnfiniti QX60”, qiyməti 35 min dollar.
Reper Qurd – “Dodge Challenger”, qiyməti 40-50 min dollar civarında.
Aparıcı Günel Hümbətova – “Range Rover Evoque”, qiyməti 65-80 min dollar civarında.

Bundan bir qədər əvvəl müğənni Xatirə də aldığı 150 min manat dəyərində olan avtomobili mətbuata açıqlayıb.

1430206772_axar.az1430164668se 1430206763_1430164531 1430206739_axar.az1430164543avto1

1430206790_axar.az1430164631av

royaxatire

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button