Mətanətlə Rəhim efirdə biabırçılıq etdilər-VİDEO
Müğənni Rəhim Rəhimli “Gündəlik” verilişində qonaq olub
Sənətçi hər müğənni ilə efirdə yan-yana görünmək istəmədiyini bildirib: “Məndən soruşdular ki, kiminlə verilişdə olmaq istəyirsiniz? Ancaq Lətifə Soyuözü dedim. Dünyanın çox ölkəsin gəzmişəm. Azərbaycan şou-biznesində hamı paxıldır. Buradakı kimi dedi-qodu heç yerdə yoxdur. Birinin uğurlu mahnısı çıxanda heç kim zəng vurub təbrik etmir”.
Bu sözlərdən sonra aparıcı Mətanət Əliverdiyeva ağzına su alaraq, Rəhim Rəhimlinin üstünə püskürdüb. Sənətçi isə aparıcını qucağına götürüb studiyadan çıxarıb./axsam.az