Mətbuatın Monitorinqi

kiv

01.05.2014

Rəsmi qəzetlər  dövlət başçısı İlham Əliyevin İsrailin xarici işlər naziri Libermanı qəbul etməsi, II Dünya Müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım verilməsi, təqaüdlərinin artırılması, bu kateqoriya müharibə əlillərinin xüsusi avtonəqliyyatla təmin olunması, incəsənət xadimlərinə Prezident mükafatlarının verilməsi haqda sərəncamlar imzalanması haqda xəbərləri ilk səhifələrə çıxarıblar.     “Azadlıq”  ABŞ FTB-nin diktatorların xaricdəki pullarının aşkar olunması üçün xüsusi qrup yaratması xəbərini önə çəkərək bunu “ABŞ-ın diktatorları çökdürməyə başlaması” kimi dəyərləndirir. Qəzet İsrailin xarici işlər nazirinin Azərbaycana səfərini “İlham Əliyevin İranla İsrail arasında qalması” adlandırır. ABŞ-ın Azərbaycandakı səfiri R.Morninqstar rəsmi Bakının tənqidlərdən nəticə çıxarmamasını “rəhbərliyin tənqid olunmasını anlamaması” kimi şərh edib. ABŞ analitiki Tomas de Vall Azərbaycandakı son həbsləri “rəsmi Bakının qırmızı xətti keçməsi” kimi qiymətləndirir. Qəzet Təhsil Nazirliyindəki kadr təyinatlarına “nazirin qohumbazlığa söykənən təyinatlarının davam etməsi” münasibətini ifadə edir. Hüquq müdafiəçisi Leyla Yunus telefon vasitəsilə bildirib ki, prokurorluğun tələb etdiyi sənədi imzalamadığı halda həyat yoldaşının gözü önündə zorlamaya məruz qoyulacağı ilə hədələnib. Vəkil Yalçın İmanov həbsdə olan “NİDA”çıların aclıq aksiyası keçirdiklərini bildirir, Penitensiar Xidmət isə belə aksiyanın keçirilmədiyini bəyan edir.      “Zerkalo”  ilk səhifəsini hüquq müdafdiəçisi Lelya Yunusun saxlanmasına, hüquq-mühafizə orqanlarının ona qarşı yol verdikləri rəzilliyə həsr edib.     “Ekspress”  Rusiya səfirliyinin Rusiya vətəndaşlığı almaq üçün açıqladığı şərtləri Azərbaycan üçün “rus pasportu təhlükəsi” kimi dəyərləndirir. Hüquq müdafiəçisi Leyla Yunusun həyat yoldaşı Arif Yunus Fransa prezidentinin Azərbaycana gözlənilən səfəri zamanı onlarla görüşəcəyini bəyan edib.     “Exo”  Azərbaycanda “Ticarət haqqında” qanunun tətbiqinə ciddi zərurət yarandığını yazaraq ekspertlərə istinadən qeyd edir ki, qanunun olmaması ictimai-iaşə və ticarət sisteminin özündə problem yaradır. Ötən il ölkədə avtoxuliqanlığa görə  289 sürücü cəzalandırılıb.       “Novoe Vremya” Neft Akademiyasında baş vermiş terror aktından 5 il ötməsinə baxmayaraq, hakimiyyətin bu hadisəyə yer vermədiyini bildirir.      “Bizim yol”  gənc bloger Ömər Məmmədovla bağlı məhkəmə prosesinin başlamasını nəzərə çatdırır. Qəzet yazır ki, beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi rəsmi Bakını həbsdə olan jurnalist Əvəz Zeynallını azad etməyə çağırıb.    “Yeni Müsavat”  hüquq müdafiəçisi Leyla Yunusun prokurorluqdan aldığı “səni Arifin (L.Yunusun həyat yoldaşı), Arifi sənin gözünün qabağında zorlayarıq” açıqlamasını ilk səhifəyə çıxarıb. Qəzetin əməkdaşı Fərahim İlqaroğlunun bir neçə gün öncə döyülməsilə bağl Nizami rayon 24 saylı polis bölməsində istintaq qrupu yaradılıb. Qəzet diqqəti “Akkord” şirkətlər qrupunun milyardlara baş gələn Bakı-Quba, Bakı-Şamaxı, Zığ aeroport yolunun ardınca Nobel prospektində təmir edilən yolun da çökməyə başladığını yazır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button