Mədət Quliyev Zəlimxan Məmmədlini qəbul edib

 

Mədət Quliyev

“Borçalı” İctimai Cəmiyyətinin mətbuat xidmətindən xural.com-a daxil olan məlumatda deyilir ki, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik naziri əvəzi cənab Mədət Quliyev “Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədlini bu gün qəbul edib.

Görüş Zəlimxan Məmmədlinin Gürcüstana girişinə qoyulan yasaq qərarı və bu qərarın qəbulunda Azərbaycanın əlinin olması haqqında qeyri-dəqiq məlumatlar və milli təhlükəsizliyimizlə bağlı digər məsələlərin aydınlaşdırılması xahişi ilə rəsmi müraciətindən sonra baş tutub. Qaldırılan problemlərlə bağlı nazir operativ olaraq müvafiq strukturlara tapşırıqlar verib. Zəlimxan Məmmədli bildirib ki, cənab nazir məni çox səmimi qəbul etdi. Dinlədi. Qaldırılan məsələlərə anlayışla yanaşdı. MTN-nin əvvəlki rəhbərliyində təmsil olan insanların məsuliyyətsizliyi ucbatından yaranmış problemlərin, o cümlədən mənim haqqımda Gürcüstana giriş yasağı qərarının araşdırılması və hüququmun təmin olunması istiqamətində səlahiyyətləri çərçivəsində araşdırma aparıb müvafiq addımlar atılacağını bildirdi. Cənab nazir əvəzinin bu operativliyi və səmimiliyi deməyə əsas verdi ki, Milli Təhlükəsizlik orqanlarının son dövrlər zədələnmiş nüfuzu ən yaxın zamanda tam bərpa oluna bilər.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button