Məhəmməd Məmmədov YAP-dan çıxdı

get_img

“Aztelekom” İstehsalat Birliyinin sabiq baş direktoru YAP-dan öz ərizəsi ilə azad olunub.

Bu barədə YAP-ın saytında məlumat verilib. Məlumatda bildirilir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sistemində həyata keçirilən yoxlamalar nəticəsində barəsində həbs-qətlimkan tədbiri seçilən nazirliyin “Aztelekom” İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədov Yeni Azərbaycan Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədrliyindən sözügedən yoxlamaların və istintaqın başlaması ilə əlaqədar YAP strukturlarında tutduğu vəzifədən azad olunmaq barədə ərizə ilə müraciət edib.

Məlumatda bildirilir ki, hazırda M.Məmmədov YAP-ın Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri vəzifəsini daşımır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button