Məhkəmə Ə.Zeynallının BİT rəisinə olan iddialarını təmin etmədi

Fərmayıl Zeynallı
2 saylı İnzibati İqtisad məhkəməsinin
sifarişli hakimi

10.10.2012

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı və vəkil Elçin Sadıqovun məxfiliyin pozulması  ilə bağlı 26 noyabr 2011-ci ildə Bakı İstintaq Təcridxanasının rəhbərliyindən məhkəmə qarşısında qaldırdıqları  iddia təmin edilmədi. 

Xatırladaq ki, bununla bağlı şikayətə son dəfə avqustun 14-də 2 saylı İstintaq Məhkəməsinin hakimi Rəna Hüseynovanın icraatında Nizami rayon Məhkəməsində baxılmışdı. İclasların obyektiv tərzdə, qanunamüvafiq şəkildə keçirilməsi müşahidəçilərdə təəcüb yaratmışdı. Oktyabrın 11-də keçirilən məhkəmə prosesində hakimin yenisilə əvəz olunmasının səbəbləri açıqlanmayıb. Yeni hakim  F.Zeynallı prosesin tez başa çatması və iddianın təmin olunmaması naminə bütün qanunsuz vasitələrdən və şəxsi bəhanələrdən istifadə edib. Ə.Zeynallı bu məhkəmə prosesinin də digərləri kimi sifariş əsasında həyata keçirildiyini, məhkəmə qərarının ədalətsiz və qanunsuz olduğunu diqqətə  çatdırıb: “Biz onsuz da sifarişlə işləyən məhkəmələrdən ədalət gözləməyi çoxdan tərgitmişik. İndiyədək bir-neçə “haqlı” iddialarımız bu sifarişlər əsasında təmin edilməyib. Bu dəfə də eyni mənzərə ilə rastlaşdıq”

Məlumat üçün bildirək ki, Ə.Zeynallı vəkili Elçin Sadıqovun BİT-da heç bir əsas olmadan üzərində axtarış aparılması, məxfiliyə riayət edilməməsi, təqsirləndililən şəxsin, yəni Ə.Zeynallının müvafiq hüquqlarının pozulması məhkəmə şikayətinə səbəb olub. İyunun 4-də keçirilən məhkəmə də gərginliksiz ötüşməyib. O zaman Ə.Zeynallı məhkəmədə etirazını bildirb: “Aylardır ki, işi məhkəməyə vermişik. Lakin bu gün, mənə əvvəlcədən heç bir xəbərdarlıq edilmədən, qəfildən məhkəmə barədə məlumat verib və bura gətiriblər. Nə üçün bu qədər uzun müddətdə şikayətimizə baxılmayıb? Bu tələskənliyin səbəbi nədir?”. Hakim  BİT-na aprel ayının 27-dən sərəncam göndərildiyini deyib. BİT isə səlahiyyətlərini növbəti dəfə pozaraq, bu haqda əvvəlcədən Ə.Zeynallıya məlumat verməyib. Vəkil E.Sadığov hesab edir ki, BİT bunu etməklə məhkəmədə media nümayəndələrinin iştirakının qarşısını alıb.

Xatırladaq ki, Əvəz Zeynallı Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə ittiham edilir və hazırda heç bir əsas olmadan 10 aydır ki, Bakı İstintaq Təcridxanasında saxlanılır.

Avropa Şurası Parlament Assambleyasının hüquq məsələləri və insan haqları komitəsi 2012-ci il iyunun 26-da alman deputat Kristofer Ştrasserin “siyasi məhbus”lara dair məruzəsi əsasında hazırlanmış qətnamə layihəsini 02.07.2012 tarixində qəbul edib. Qətnamə layihəsində Azərbaycan hakimiyyəti hazırda həbsdə olan 89 siyasi məhbusu azad etməyə çağırılır. Hazırda 17 nəfərin azad olunduğu məlum siyahıda Əvəz Zeynallının da “siyasi məbus” olaraq həbs olunduğu qeyd edilib.

QEYD: Əvəz Zeynallının məhkəmələri açıq keçirilir. Bütün müstəqil jurnalistlər, beynəlxalq insan haqları və jurnalistlərin hüquqlarının müdafiə təşkilatlarının nümayəndələri, Azərbaycanda söz və ifadə azadlığının, müstəqil mətbuatın müdafiəçiləri məhkəmələrə dəvətlidirlər.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button