Məhkəmədə “Xədicə” deyə qışqırdılar

xədicə ismayıl2Xədicə İsmayılın peşə fəaliyyətini əsas gətirən həmkarları məhkəməyə üzərində “PRESS” yazılmış gödəkcələrdə daxil olublar

İyulun 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırmaçı jurnalist Xədicə İsmayılın məhkəmə prosesi başlayıb. Meydan TV-nin məhkəmədə olan əməkdaşının məlumatına görə, prosesi izləmək üçün xeyli sayda istimai-siyasi fəal, media nümayəndələri gəliblər. Xədicə İsmayılın peşə fəaliyyətini əsas gətirən jurnalistlər məhkəməyə üzərində “PRESS” yazılmış gödəkcələrdə daxil olublar. Lakin zalın dolduğunu əsas gətirən məhkəmə əməkdaşları gələnləri zala buraxmayıblar. Buna görə də gözləmə zalına toplaşanlar əl çalmağa, “Xədicə” deyə qışqırmağa başlayblar.

Proses davam edir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button