Mənfi xəbərlər üzrə lider – Bakı Dövlət Universiteti

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin iyun ayı üzrə analiz işini yekunlaşdırıb.

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Media Təqib Mərkəzi universitetlərlə bağlı iyun ayı üzrə məlumatları təqdim edir.

2016-cı ilin iyun ayında elektron mətbuatda, yəni sayt və portallarda universitetlərlə əlaqəli 12735 xəbər yerləşdirilib. Bunlardan 225 xəbər mənfi, 229 xəbər müsbət və 12281 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında liderlər: Bakı Dövlət Universiteti (53 xəbər – şikayət, tələbələrin təqaüdlərinin verilməməsi, rektorun qalmaqallı biblioqrafiyası), Texniki Universitet  (40 xəbər – rektor haqqında olan iddialar). Müsbət xəbərlər arasında liderlər: Memarlıq və İnşaat Universiteti (119 xəbər – universitetin əməkdaşlarının təltif olunması), Mühəndislik Akademiyası (55 xəbər – rektorun təltif olunması), İqtisad Universiteti (25 xəbər – regionun ən yaxşı universitetləri sırasında olması).

Xəbər sayına görə sıralama:

  1. Bakı Dövlət Universiteti                    1247 xəbər
  2. İqtisad Universiteti                            1137 xəbər
  3. Bakı Slavyan Universiteti                  792 xəbər
  4. Texniki Universitet                            722 xəbər
  5. Neft və Sənaye Universiteti              688 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 1595 xəbər dərc edilib. Bu xəbərlərdən 1562-si neytral, 33-ü isə müsbət xəbərlərdir. Müsbət xəbərlər arasında liderlər: Memarlıq və İnşaat Universiteti (9 xəbər – universitetin əməkdaşlarının təltif olunması), İqtisad Universiteti (8 xəbər – regionun ən yaxşı universitetləri sırasında olması), Mühəndislik Akademiyası (7 xəbər – rektorun təltif olunması). İyun ayında bu sektorla əlaqəli yazılı mətbuatda mənfi xəbər verilməyib.

Xəbər sayına görə sıralama:

  1. Bakı Dövlət Universiteti                   207 xəbər
  2. İqtisad Universiteti                            174 xəbər
  3. Texniki Universitet                            114 xəbər
  4. Bakı Slavyan Universiteti                  105 xəbər
  5. Pedaqoji Universitet                            85 xəbər

İyun ayında televiziya kanallarında universitetlər haqqında 392 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

 

  1. Bakı Dövlət Universiteti                    54 xəbər
  2. ADA Universiteti                              34 xəbər
  3. Neft və Sənaye Universiteti             30 xəbər
  4. İqtisad Universiteti                            27 xəbər
  5. İdarəçilik Akademiyası                     25 xəbər

Radio kanallarında iyun ayında bu sektorla əlaqəli 17 xəbər yayımlanıb.

Xəbər sayına görə sıralama:

 

  1. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi          5 xəbər
  2. İqtisad Universiteti                                                               3 xəbər
  3. İdarəçilik Akademiyası                                                         2 xəbər
  4. Avrasiya Universiteti                                                            2 xəbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button