Məni işdən niyə çıxardınız?!

Prezidentin poçtuna…

 65 yaşı tamam olanı işdən çıxarır, 75 yaşlı müdir atasını işdə saxlayırsınız?!

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına!

Hörmətli Prezident, mən Sabirabaddanam. Uzun illər, yəni 40 ilə yaxındır ki, Qaralı kənd xəstəxanasında həkim işləyirəm. Xahiş edirəm, adam göndərin öyrənin, mən necə işçiyəm. Ancaq nə faydası, məni işdən azad etdilər. Yaşıma görə. Dedilər, Prezident qanunda düzəliş edib, bundan sonra 65 yaşına çatmış həkimlər pensiyaya çıxmalıdır. Qoy siz deyən olsun. Bəs onda heç bir savadı, bacarığı olmayanlar niyə işdə saxlanılır? Sabirabad Mərkəzi Xəstəxanasının baş həkimi Əlifağa Nadirovdan bunun səbəbini soruşanda deyir ki, sizik deyil. İnanın xəstəxanada feldşer Mirzəliyev Ərzumanı hamı küt bir adam kimi tanıyır. Neynirsən onu, demə, baş həkimin deməyinə görə, onu rayonun icra başçısı Nazim İsmayılov tapşırıb, çünki Ərzumanın oğlu Nəsir icra hakimiyyətində şöbə müdiridir. Gözləri ayaqlarının altını görmır. Ərzumanın 75-dən yuxarı yaşı var. İndi özünüz deyin, bu haqsızlığa dözmək olar?!

Bütün sağlamlığımı camaata həsr etmişəm – nəticəsi də bu. Mən yaşda Ərzumandan çox cavan olmağıma baxmayaraq, sizin rayona göndərdiyiniz başçının sözü ilə qoca ərzumanlar işləyir, bizi isə çölə atdılar. Bu, ədalətsizlikdir.

Budaqov Araz

Sabirabad rayonu, Qaralı kəndi

Xural” qəzeti,

İl: 9, sayı: 034 (442), 04 – 10  sentyabr 2011-ci il

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button