Məni yaxşı tanı

 

 

 

 

 

 

Babalıq

Bir də ayıldım, paho… yaş ötüşüb, altmışam
Yaxşı səfa sürmüşəm, xeyli at oynatmışam.

Tanrı uca eşq ilə insanı rəsm eylədi,
Ay səni duzsuz kölə… buğdaya nəfs eylədi,
Mənsur «ənəlhəqq» deyib insanı vəsf eylədi,
Mənsə dəyər-dəyməzi iflasa uğratmışam
Yaxşı səfa sürmüşəm, yaxşı at oynatmışam.

Yaş demərəm altmışa, hətta yüzə, doxsana,
Dünya kimə toyxana, dünya kimə yasxana,
Batmamışam sən deyən çox günaha, nöqsana,
Bir yüz ocaq kor qoyub, yüz yetim ağlatmışam
Yaxşı səfa sürmüşəm, yaxşı at oynatmışam.

Mən bilirəm, hər nə var, kürsüdə, rüşvətdə var,
Rüşvətin ən xod yeri ali rəyasətdə var,
Məndə rəzalət də var, amma siyasət də var,
Mən elə bir canbazam, şeytanı fırlatmışam
Yaxşı səfa sürmüşəm, yaxşı at oynatmışam.

Xalq iki sot torpağa çatdıra bilməz pulu,
Küp qızıl üstündə mən qışqırıram «quqqulu»,
Səhnə su üstündə, mən dabanı dik Allahqulu,
Şərmü-həya bilmirəm, ar-namusu atmışam
Yaxşı səfa sürmüşəm, yaxşı at oynatmışam.

Sən kimi lüt-üryanı şanıma bilməm şayan,
Ey Babalıq, sən məni yaxşı tanı, gen dayan,
Çünki əlindən gəlir min xəta, min bir ziyan,
Mən elə bir kafirəm, min qapı bağlatmışam
Yaxşı səfa sürmüşəm, yaxşı at oynatmışam.

Çox sinə dağlatmışam,
Küfrü düzə qatmışam,
Haqqı alıb-satmışam,
Şorba da qaynatmışam,
Daim at oynatmışam,
Hər məqama çatmışam…
Bir də ayıldım, paho,
Yaş ötüşüb, altmışam.

“Xural” qezeti
il: 9, sayı: 045(405), 05-11 dekabr 2010-cu il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button