Mərhum İlhamə Quliyeva hələ də medianın gündəmindədr…

ilhamə

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin mart ayı üzrə analiz işini yekunlaşdırıb. Media Təqib Mərkəzi şou-biznes nümayəndələri ilə bağlı mart ayı üzrə məlumatları təqdim edir. 2016-cı ilin mart ayında elektron mətbuatda, yəni sayt və portallarda şou-biznes nümayəndələri ilə əlaqəli 15355 xəbər yerləşdirilib. Bunlardan 507 xəbər mənfi, 36 xəbər müsbət və 14812 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında liderlər: Kamran Həsənli (298 xəbər – dələduzluqda ittiham olunması), Samir Piriyev (88 xəbər – K.Həsənlinin müğənnini məhkəməyə verməsi), Aygün Kazımova (58 xəbər – müğənninin erməni agentlikləri ilə əlaqəli olması iddiaları). Müsbət xəbərlər isə Röya Ayxana (36 xəbər – müğənniyə “Əməkdar artist” medalının təqdim olunması) məxsusdur. Xəbər sayına görə sıralama:

1. İlhamə Quliyeva 2035 xəbər

2. Aygün Kazımova 1343 xəbər

3. Əli Mirəliyev 966 xəbər

4. Samir Piriyev 614 xəbər

5. Kamran Həsənli 578 xəbər

6. Röya Ayxan 567 xəbər

7. Nadir Qafarzadə 451 xəbər

8. Elza Seyidcahan 353 xəbər

9. Namiq Qaraçuxurlu 340 xəbər

10. Xatirə İslam 320 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 486 xəbər dərc edilib. Bu xəbərlərdən 461-i neytral, 1-i müsbət, 24-ü isə mənfi xəbərlərdir. Mənfi xəbərlər arasında liderlər: Kamran Həsənli (16 xəbər – dələduzluqda ittiham olunması), Samir Piriyev (6 xəbər – K.Həsənlinin müğənnini məhkəməyə verməsi). Müsbət xəbər isə Röya Ayxana (1 xəbər – müğənniyə “Əməkdar artist” medalının təqdim olunması) məxsusdur. Xəbər sayına görə sıralama:

1. İlhamə Quliyeva 60 xəbər

2. Aygün Kazımova 31 xəbər

3. Samir Piriyev 27 xəbər

4. Kamran Həsənli 26 xəbər

5. Röya Ayxan 23 xəbər

6. Əli Mirəliyev 23 xəbər

7. Nadir Qafarzadə 13 xəbər

8. Oksana Rəsulova 12 xəbər

9. Elza Seyidcahan 10 xəbər

10. Natəvan Həbibi 10 xəbər

Mart ayında televiziya kanallarında şou-biznes nümayəndələri haqqında 205 xəbər göstərilib. Xəbər sayına görə sıralama:

1. Aygün Kazımova 12 xəbər

2. Elza Seyidcahan 11 xəbər

3. Sevda Yəhyayeva 9 xəbər

4. Nadir Qafarzadə 7 xəbər

5. Roza Zərgərli 7 xəbər

6. Rüfət Axundov 6 xəbər

7. İlhamə Quliyeva 6 xəbər

8. Niyaməddin Musayev 5 xəbər

9. Ayaz Qasımov 5 xəbər

10. Samir Piriyev 5 xəbər

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button