Mərkəzi Kəşfiyyat İdarəsinin 2000-ci ildə 2015-ci il üçün proqnozları: Nələr doğru, nələr yanlış çıxdı?

d01636e-leadeconomist

Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) 2000-ci ildə gələcəyin çağrışları haqda proqnozlar hazırlayıb. Bunlar nə dərəcədə düzgün çıxdı? Və nədə səhv etdilər?

MKİ 2000-ci ildə kənar ekspertləri topladı və onların qarşısına vəzifə qoydu: yaxın gələcəyə baxmaq və dünyanın 2015-ci ildə necə olacağını proqnozlaşdırmaq. Nəticədə nanotexnologiyanın inkişafından və neft sarsıntılarından tutmuş demoqrafik dəyişimlər və kürəsəl iqtisadiyyatın taleyinədək 70 səhifəlik məruzə ortalığa çıxdı.

15 il keçdi. Bu ekspertlər bu gün yaşadığımız gələcəyi nə qədər düzgün seziblər? Onların qənaətlərinin əksəriyyəti heç bir mübahisə doğurmur: su əvvəlki kimi yaş, qənd şirin olacaq, etnik və dini ziddiyyətlər isə zəif dövlət idarəçiliyi olan ölkələrdə əvvəlki tək münaqişələri hərəkətə gətirəcək. Lakin tamamilə səhv proqnozlar da var idi: məsələn, klonlaşdırılmış malın ətindən burgerlər yeyəcəyimiz və yaxud Güney və Quzey Koreyanın birləşəcəyi haqda.

İnternet inqilabı: düzgün proqnoz

MKİ ekspertləri rəqəmsal və mobil texnologiyaların partlayışlı inkişafı haqda öncədən düzgün xəbər verdilər. Məruzədə qeyd edirdilər: “Naqilsiz ümumdünya rabitəsi sənaye inqilabından bəri ən böyük kürəsəl dəyişikliklər törədəcək”.

Harri Kasparova qalib gəlmiş şahmat kompüterindən yeddi dəfə çox hesablama gücü olan kiçik smartfonların bütün dünyaya yayıldığını görüb bununla kim razılaşmaya bilər?

Ekspertlər peyğəmbərlik edirdilər ki, informasiya texnologiyalarının inqilabı siyasi nəticələrə də malik olacaq. Yaxın Şərqdə “şəbəkədə birləşmiş müxalifət” avtoritar rejimlərə yeni hərbələr gəlir. Ərəb baharının gedişatında da bu cür oldu.

Məruzə müəllifləri bu arada qeyd edirdilər ki, bu texnologiyalar dövlətlər arasında yeni münaqişə sahələri yaradacaq. ABŞ-a Rusiya və Çinin kiberhücumlarına, həmçinin İranın nüvə proqramını pozmaq məsədlə buraxılmış Amerikanın Stuxnet kompüter virusuna baxılsa, bunlar gerçəklik oldu.

Biotexnologiyalar gurultusu: proqnozun yarısı düzdür

MKİ biotexnologiyaların təsiri xüsusunda hədsiz nikbinlik sərgilədi. Ekspertlər bildirdilər ki, şəxsi gen profilləməsi və əvəzləmək üçün süni şəkildə yetişdirilən orqanlar adi hal olacaq. Terrorçular genetikanın sayəsində yeni, təhlükəli xəstəliklər yaradacaqlar. Ekspertlər hətta deyirdilər ki, supervarlılar tibbi texnologiyalar sahəsində uğurlar nəticəsində hamıdan çox yaşayacaqlar. Bu proqnozlardan nələrsə bu gün əcaib xülya kimi görünür. Varlı qocalarda “uzunömürlülük həbi” yoxdur (bunu qalan adamlardan gizlətmirlərsə).

Lakin MKİ nədəsə haqlı idi. Genomikada məsrəflər son beş ildə əsaslı şəkildə azalıb, milli səhiyyə sistemi isə 125 min nəfərin DNT-i sekvenizə (genetik termin – nuklein turşusunun və zülalların molekullarında həlqələrin ardıcıllığını qurmaq-red.) etməyə cəhd edir ki, onun vasitəsilə xərçəngə üstün gəlsun.

Ekspertlər həmçinin GEMO ərzaqlar barədə haqlı idilər. Müqavimətə baxmayaraq, GEMO bitkilər bütün dünyaya yayılıb. Soya əkininin 82%-i, pambığın 60%-i və qarğıdalının 30%-i onun payına düşür.

Rusiyanın zəifləməsi: yanlış proqnoz

MKİ başa düşürdü ki, Rusiya fövqəldövlət statusunun itirilməsinə olduqca mənfi qıcıq verə bilər və qaz ehtiyatlarının yardımı ilə onu bərpa etməyə çalışacaq. Doğrudan da, Rusiya xarici siyasətinin hissolunacaq yönlərindən biri, analitik mərkəzlərdən birinin dediyi kimi, “yeni Amerika əsri”nə qarşı çıxmaq olacaq. Lakin MKİ fərz edirdi ki,  böyük ehtimalla, Rusiya zəifləyəcək və onun beynəlxalq diplomatiya ilə əlaqəsi yalnız BMT Təhlükəsizlik Şurasında veto hüququ ilə nəzərdən keçiriləcək. Lakin Vladimir Putin Yunanıstandan Suriyaya qədər bütöv bir təsir sistemi qurdu. O, xarici müharibələrə müdaxilə həyata keçirdir, yeni əraziləri ilhaq edir və Qərbin planlarını pozur. Proqnozlara görə, 2015-ci ildə Rusiyanın 2500 nüvə döyüş başlığı olmalıydı. Hazırda bunlar səkkiz mindən çoxdur.

Doğrulmamış daha bir proqnoz Quzey və Güney Koreyanın baş tutmamış birləşməsi, həmçinin İsrailin yanında Fələstin dövlətinin yaranmasıdır.

1960-cı illərdə MKİ-nin xeyli sui-qəsdindən keçmiş Fidel Kastro isə yenə də öz köhnə düşmənlərini xəcil etdi. O, heç cür ölmək istəmir.

Məruzədə düzgün qeyd olunub ki, dünya əhalisi yeddi milyarddan çox olacaq və artım dayanacaq və hətta Rusiyada, Şərqi Avropada azalacaq. Bu düzdür: bu gün Rusiyada 2000-ci ildəkindən az adam var.

Lakin MKİ Afrika bədbəxtlikləri xüsusunda səhv etdi. QİÇS-ə görə Afrika əhalisi azalmadı. Əksinə, Saxaradan güneyə sarı ölkələrdə coşqun artım müşahidə olunur, Afrika ölkələrinin iqtisadiyyatı isə gözləntiləri üstələdi.

Qərbdə demoqrafik böhran: düzgün proqnoz

MKİ öncədən görürdü ki, inkişaf emiş ölkələrin qocalmış əhalisi ləng böhran doğuracaq. Bu proqnoz tam şəkildə misal gətirilməyə layiqdir: “Təqaüdçülərə nisbətdə iş qabiliyyətli əhalinin azalması sosial xidmət, təqaüd və səhiyyə sistemində əlavə yüklənmə yaradacaq. Dövlətlər bu problemləri təqaüd yaşının artırılması, qadınların işə cəlb edilməsi, əmək mühacirlərindən istifadə kimi tədbirlərlə həll edəcək”.

“Mühacirət siyasi və sosial inteqrasiyanı qəlizləşdirəcək. Bəzi siyasi partiyalar sosial xdmətlərdə yüklənməyə etiraz edərək assimilyasiya ilə bağlı problemlərdən şikayətlənib əhali arasındakı antimühacir qırımdan yararlanmaqla əvvəlki kimi dəstək qazanacaq”.

“Avropa ölkələri və Yaponiya milli sərhəd və mədəni özünəməxsusluq, artan demoqrafik disbalans və əmək bazarındakı problemlər arasındakı ziddiyyətləri bir təhər qaydaya salmağa cəhd edib ciddi müşküllərlə üzləşəcək”.

Tanış fikirlərdir?

Maliyyə böhranı: yanlış proqnoz

Məruzədə bütün 2000-ci illər ərzində yüksək artım səviyyəsi proqnozlaşdırılır. Bu, müəyyən məqama qədər düzdür.

Ekspertlər bildirirlər: “Kürəsəl iqtisadiyyatın 2015-ci ilədək dayanıqlı və çevik mərhələyə daxil olmaq üçün bütün şansları var. Dünyada iqtisadi artım 1960-cı illər və 1970-ci illərin əvvəlində əldə edilmiş yüksək səviyyəyə qayıdacaq”.

Ekspertlər maliyyə böhranı imkanlarını nəzərdən keçiriblər, lakin əsasən islahatlardan, yəni maliyyə sistemlərini liberallaşdırmaqdan imtina edən və inkişaf etməkdə olan ölkələr üçün risklərə diqqət ayırıblar. Lakin əvəzində nizamlamanın zəif tədbirləri ABŞ-ın özündə bank kollapsına gətirib çıxartdı, bu isə dünya iqtisadiyyatında tənəzzül doğurdu və kapitalist sisteminin çatışmazlıq və qüsurları haqda yeni söhbətlər meydana çıxdı.

Bəs AB haqqında? Proqnozlara görə, o, indi “Avropa inteqrasiyasının son komponentlərini təkmilləşdirməklə” məşğul olub yetərincə “varlı və dinc” olmalıydı.

Beynəlxalq terrorizm: yarıdüzgün proqnoz

MKİ-nin daha incə və ölümcül terrorçu həmlələr haqda rahatsızlığı 2001-ci il 11 sentyabr hadisələrində çox tezliklə təsdiqini tapdı. Lakin ekspertlər terrorizmin növbəti on ildə Qərbin xarici siyasətini nə dərəcədə müəyyən edəcəyni təsəvvür də edə bilməzdilər. Bəlkə də, yalnız Lehman Brothers-in (Amerikada investisiya bankı-red.) iflası Amerika siyasətinə ekiz qüllərlərin uçmağı qədər  təsirə iddia edə bilər.

Bundan başqa, MKİ ekspertləri öncədən xəbər verdilər ki, bütün dünyadan üsyançı qurumlar, narkodilerlər və cinayətkar qruplaşmalar daha geniş şəbəkələrdə bilərşib kürəsəlləşmədən yararlanacaq. Proqnozlara əsasən, onlar hətta nüvə, bioloji və kimyəvi silahlar alverinə girişməli və bunları Qərbə qarşı tətbiq etmək ehtimalını daim yüksəltməlidir.

Di gəl ki, bu doğrulmadı, lakin hər şey gerçəklikdə daha pis ola bilər. İŞİD bütün dünyada terror aktları həyata keçirən və yaxud həyata keçirməyə təhrik edən təkmilləşmiş terror qurumudur. O, çoxtərəfli cinayətkar fəaliyyət, neft, antik əşyalar satışı və vergilər hesabına maliyyələşir.

Xeyr, ABŞ hələlik iyrənc bomba hücumundan və yaxud genetik səviyyədə yaradılmış xəstəliklərin qızışmağından əziyyət çəkməyib. Lakin İŞİD Suriya dövlətindən qənimət qismində ələ keçirdiyi kimyəvi silahdan istifadə edir, həmçinin kütləvi qırğın silahının yaradılması üzərində iş aparır. Onun ərazisində İsrailin 2007-ci ildə məhv etdiyi məxfi nüvə reaktoru yerləşir. İsrail bu obyekti məhv etməsəydi, reaktor bu gün İŞİD-ə məxsus olardı.

Lakin İŞİD MKİ-nin təsəvvür etdiyi cinayətkar birləşmələrdən fərqli olaraq sadəcə gəlir əldə etməyə çalışmır. Onun episentrində İslamla Qərbin toqquşduğu məhşər ideologiyası var.

2030-cu ilə proqnozlar hazırlayan ekspertlər bundan hansı nəticələr çıxarmalıdır?

Lorens Dodds

The Telegraph UK (Böyük Britaniya), 23.12.2015

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button