Mətbəələr “Xural”ı cap etməkdən imtina edir

“Xural” qəzetinin kollektivi səfirliklərə müraciət etdi

Baş redaktoru həbs edilən “Xural” qəzeti cap olunmaqla bağlı problemi həll olunmamış qalıb. Oktyabrın 20-dən uzun illər ərzində “Xural” qəzetini cap edən “Ekspress Service” mətbəəsi heç bir səbəb göstərmədən qəzetin cap etməkdən imtina edib. Qəzetin rəhbərliyinin apardığı araşdırma zamanı məlum olub ki, “Xural” qəzetinin capının dayandırılması barədə göstəriş Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov tərəfindən verilib. Nərimanov rayon məhkəmə icraçıları şöbəsinin əməkdaşları “Ekspress Service” mətbəəsinə gedərək “Xural” qəzetinin capının dayandırılmasını tələb edib.
Sonrakı dövrdə mətbəənin rəhbərliyi texniki səbəblər üzündən “Xural” qəzetinin capının dayandırıldığını bildirmişdi. Lakin “Ekspress Service” mətbəəsində hər hansı bir texniki problem yaranmayıb. Mətbəədə hər gün onlarla qəzet nəşr edilir. “Xural” qəzeti eyni zamanda cap olunmaq üçün Prezident yanında “Azərbaycan” nəşriyyatına müraciət edib. Nəşriyyatın rəhbərliyi bir ay müddətində “Xural” qəzetinin müraciətinə rəsmi cavab verməyib. Şifahi şəkildə qəzeti cap etməyəcəklərini bildiriblər.
Digər özəl mətbəələr də Prezident Administrasiyasından göstəriş aldıqlarını və bu səbəbdən “Xural” qəzetini cap edə bilməyəcəklərini açıqlayıblar.
“Xural” qəzetinin kollektivi, baş redaktor Əvəz Zeynallının şantaj edilərək həbsini, “Xural” qəzetinin qeyri qanuni olaraq nəşrinə qoyulan qadağanı hakimiyyətin azad sözə, demokratiyaya repressiyası kimi dəyərləndirir.
Azad söz və insan haqlarının heç bir ölkənin daxili işi sayılmadığını bəyan edən “Xural”çılar ABŞ, Böyük Britaniya, Fransa, Norveç, Polşa və Almaniyanın ölkəmizdəki səfirliklərinə, Avropa Birliyinin, ATƏT-in, BMT-nin Bakı təmsilçiliklərinə müraciət edib. Qəzetin kollektivi üzləşdikləri qanunsuzluqları və “Xural”a qarşı olan təzyiqləri müzakirə etmək üçün səfirlərlə görüşmək istədiklərini bildiriblər.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button