Mətbuat Şurası mərd ovunda

Mətbuat Şurası “Azpolitika.info ”nun baş redaktoruna xəbərdarlıq etdi –“Mərdi qova-qova namərd etməsinlər”

Bu gün (dünən – Red.) Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib.

İslasda müzakirə olunan məsələlərdən biri də CBC telekanalının rəhbəri Azər Xəlilovun “AzPolitika.info” saytının 08-9.08.2017-ci il tarixli buraxılışında dərc olunmuş “SEVİNC OSMANQIZININ KEÇMİŞ ƏRİ DƏ EV ALIB – Londonda malikanəsi var” sərlövhəli yazıdan şikayəti olub. Mətbuat Şurasının bugünkü iclasla bağlı press-relizində bununla bağlı deyilir: “İclasda müzakirə edilən növbəti məsələ vətəndaş Azər Xəlilovun “Azpolitika.info” saytında dərc edilmiş və digər informasiya portallarında da yer almış materialdan şikayəti olub. “Azpolitika.info” saytına xəbərdarlıq olunub və gələcəkdə oxşar yanlışlıqlara yol verməmək tövsiyə edilib”.

Qeyd edək ki, sözügedən yazıda CBC telekanalının rəhbəri Azər Xəlilovun Bakıda və hətta London şəhərində evləri olduğu bildirilir və ona Prezident İlham Əliyevin sərəncamı ilə mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Bakıda tikilmiş 2-ci binadan ev verilməsi tənqid olunur. Tənqid hədəfi isə hörmətli Azər Xəlilov yox, mənzil bölgüsü ilə bağlı yaradılmış komissiyadır. Belə olduqda A.Xəlilov nədən narazıdır və söhbət MŞ-nın açıqlamasında deyildiyi kimi, hansı “yanlışlıqlardan” gedir?

Mətbuat Şurasının Şikayətlər Komissiyasının bugünkü iclasında iştirak edən “AzPolitika” saytının baş redaktoru Elnur Məhərrəmli bildirib ki, sözügedən yazıda “vətəndaş Azər Xəlilova” qarşı ən ciddi “ittiham” London şəhərində mənzilinin olması barədə olub: “Azər müəllim də deyir Londonda mənzili yoxdur. Yoxdur, Allah qismət eləsin, olsun. Burda nə var ki? Buna görə Mətbuat Şurası hansı məntiq və əsasla “AzPolitika”ya xəbərdarlıq edir? İclasın əvvəlində müəyyən qədər gərginlik olmasına baxmayaraq, sonda biz Azər müəllimlə razılığa gəldik. Mən təklif etdim ki, onunla hər cür kompromisə hazırıq. Çünki həmin yazıda hədəf Azər müəllim deyildi. O da razılığını bildirdi. Belə hallarda Komissiya adətən məsələnin barışıqla bitdiyini elan etməklə kifayətlənirdi. Lakin nə işdisə hadisələrin bu yöndə inkişafı hörmətli komissiya üzvlərini bu dəfə qane etmədi və sonrakı açıqlamadan da belə görünür ki, onlar cəza tədbirinə əl atmağa ciddi zərurət görüblər. Buna görə də “AzPolitika” saytına xəbərdarlıq ediblər. Niyə? Çünki həmin yazıda ev bölgüsü komissiyası ədalətsizlikdə ittiham olunur. Bu komissiyanın 4 üzvü isə həm də MŞ-nın Şikayətlər Komissiyasında təmsil olunur”.

E.Məhərrəmli hesab edir ki, Mətbuat Şurasının heç bir əsas olmadan “AzPolitika”nı cəzalandırmaq cəhdləri təsadüfi deyil. Məqsəd jurnalistlərə mənzil bölgüsü zamanı yol verilən qanun pozuntuları, ədalətsizlik, bölgünü aparanların sui-istifadə halları barədə faktların çox cüzi hissəsinin ictimailəşdirilməsinə görə “AzPolitika”nı MŞ vasitəsilə cəzalandırmaqdır. “Biz bir faktı yazmış, ikisi barədə danışmışıqsa, abırımıza qısılıb onlarla fakt barədə susmağa məcbur olmuşuq. Mərdi qova-qova namərd etməsinlər”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button