Mətbuat Şurası nə etdiyinin fərqində deyil!

Emin Hüseynov: «Prezident İlham Əliyevin Dubayda bu millətin pulu ilə aldığı və qiyməti milyardlarla manat olan villalarını prokurorluğunuz araşdırsın, görsün, o pulu prezidentiniz haradan alıb, şəxsi mənafeləri üçün xərcləyir?»

 

Xədicə İsmayılova: «Mətbuat Şurasının ikili standartlarla məsələlərə yanaşmasını biz artıq bu iki hadisədən də gördük…»

 

 

 

Əvəz Zeynallı: «Özünə hörmət edən heç bir peşəkar mətbuat işçisi MŞ-da yoxdur»

 

 

 

«Azadlıq» radiosunun «İşdən sonra» proqramının canlı efirində Xədicə İsmayılovanın aparıcılığı ilə «Xural» qəzetinin Mətbuat Şurasının «qara siyahısı»na salınması və ondan sonra media aləmində baş verən təlatümlər müzakirə edilib.

Radionun qonağı «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı və RATİnin rəhbəri Emin Hüseynov olub. MŞ İdarə Heyətinin üzvü, «525-ci qəzet»in baş redaktoru Rəşad Məcidin qarşı tərəf kimi telefonla müzakirələrə qatılması bir sıra həqiqətləri ortaya çıxarıb.

Oxucu marağını nəzərə alaraq, həmin debatı olduğu kimi təqdim edirik.

 

Əvvəli ötən saylarımızda

 

Emin Hüseynov:

– Mən orada yazılan yazılar kimi sizin həyat yoldaşınız və Mətbuat Şurasının İdarə Heyətinin üzvlərinin həyat yoldaşları haqqında yazsam, demək bu, normal qarşılaşacaq. Eləmi?

 Rəşad Məcid:

– Orada söhbət düşdü və mən də soruşdum ki, bax, bu yazının harasındadır təhqir?

E.H.: – O məqalədə məni cinayətkar adlandırırsınız və yazırsınız ki, onun rəhbəri də həyat yoldaşıdır, yəni bu cinayətkarın rəhbəri də öz həyat yoldaşıdır. Belə də yazılıb, «onun başında duran Amerikada oturan həyat yoldaşıdır.» Deməli, mən cinayətkaramsa, mənim Amerikada oturan həyat yoldaşım da Amerikada oturan rəhbərimdir. Bu təhqir deyil?

R.M.: – Qəzetin yazdığına görə, prokurorluq cinayət işi aça bilər. Əgər qəzet belə bir iddia edirsə, mən də təklif edirəm ki, prokurorluq bu məsələni araşdırsın.

E.H.: – Hər gün qəzetlərdə hansısa məmurun cinayətkarlığı, rüşvətxorluğu, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsilə bağlı minlərlə yazı yazırlar. Sizin prokurorluq onların hansını araşdırıb? Prezident İlham Əliyevin Dubayda bu millətin pulu ilə aldığı və qiyməti milyardlarla manat olan villalarını prokurorluğunuz araşdırsın, görsün, o pulu prezidentiniz haradan alıb, şəxsi mənafeləri üçün xərcləyir? Niyə mətbuat Şurası bu məsələləri qaldırmır? Bəyəm Mətbuat Şurasının işi tək müstəqil qəzetlərin adlarını «qara siyahı»ya salmaqdır?

R.M.: – Yox, sən iddia edirsən ki, elə deyil. Mən də deyirəm ki, prokurorluq araşdırsın. Mətbuat Şurası o yazının həqiqət olub-olmadığını araşdıra bilməz ki?

E.H.: Mətbuat Şurası araşdıra bilmədiyi yazılara görə niyə günahı o materialları dərc edən qəzetlərdə görüb, onları «qara siyahı»ya salır? Onda belə çıxır ki, MŞ qeyri-peşəkar fəaliyyət göstərir?

R.M.: – Mən dedim axı, sizin də fikirlərinizi qəzet öyrənib yazsın.

X.İ.: – Rəşad bəy, çox maraqlıdır. Hər halda Emin bəyin hadisəsində onun həyat yoldaşının da adı heç bir səbəb olmadan qəzet səhifələrində hallanıb. Burada da «Yeni Azərbaycan» qəzetini müdaifə edirsiniz və hesab edirsiniz ki, orada adı çəkilən cinayətləri prokurorluq araşdırmalıdır. Nə əcəb «Xural» qəzetinin gündəmə gətirdiyi cinayətləri hesab etmədiniz ki, prokurorluq araşdırmalıdır?

 

R.M.: Ola bilsin, indi onu da Mətbuat Şurası prokurorluğa göndərəcək ki, araşdırılsın.

X.İ.: Amma Mətbuat Şurası «Xural» qəzetinin yazdıqlarını araşdırmadan onun özünü «qara siyahı»ya salıb?

R.M.: Eminin məsələsində isə onun öz layihəsində işlətdiyi adamların fikirləri yerləşdirilib.

E.H.: – O adamların fikirləri deyil. Həmin məqalədə internetin vebforumlarından yığılan yazılar idi. Bəs siz bayaqdan Əvəz bəyi ittiham edirsiniz ki, nəyə görə o, FB şəbəkəsində «Azərbaycan» nəşriyyatı ilə bağlı səslənən fikirləri qəzetində dərc edib. Bayaqdan onun buna görə məsuliyyət daşıdığını az qala hakim kimi deyirsiniz. Halbuki Əvəz Zeynallı həmin fikirləri verməzdən əvvəl də nəşriyyatda baş verən o murdarlıqlarla bağlı faktlar əldə edib və onun bu fikirləri dərc etmək üçün də əlində əsas olub.

R.M.: – Əvəz bəyin yazısında birbaşa təhqir elementi var…

E.H.: – Mənim də haqqımda birbaşa təhqir elementləri var idi. Guya mən filan qədər pul mənimsəmişəm. Siz bilmirsiniz ki, bunu kim yazıb, tapın cəzasını verin də, niyə vermirsiz, niyə buna görə «Yeni Azərbaycan»n adını «qara siyahı»ya salmırsınız? Müstəqil mətbuat cinayətkardır, amma hakimiyyət qəzetləri peyğəmbər nəvələridir?

R.M.: Onlar iddia edirlər ki, səni axtarıblar, tapa bilməyiblər.

E.H.: – Necə yəni axtarıblar, tapa bilməyiblər? Onlar ən azı təkzib verməli idilər ki, biz qeyri-peşəkarlığa yol vermişik, gəlin sizin də cavab haqqınızı tanıyaq. Niyə eləmədilər?

R.M.: Sənin fikirlərinin 90 faizi mətbuatda var idi.

E.H.: – Əgər siz bunu belə qəbul edirsinizsə, onda niyə «Xural»a qarşı qərar çxarırsınız? Elə birinci hökumət qəzetlərindən, öz qəzetlərinizdən başlayın da…

X.İ.: – Mətbuat Şurasının ikili standartlarla məsələlərə yanaşmasını biz artıq bu iki hadisədən də gördük…

E.H.: Belə çıxır ki, bu günə kimi heç bir hökumət qəzeti etik normanı pozmayıb ki, MŞ-nın da qara siyahısında heç birinin adı salınmayıb? Amma monitorinq aparmaq kifayət edir ki, yüzlərlə belə yazının siyahısını tutasan. Siz nə etdiyinizin fərqindəsinizmi?

R.M.: Mən yenə deyirəm. Söhbət ayrı-ayrı ifadələrdən gedir ki, birbaşa insanın şərəf və ləyaqətinə toxunur.

X.İ.: Amma Rəşad bəy, tendensiya göz qabağındadır. Hakimiyət qəzetlərində də bu var…

R.M.: İndi baxın. Əvəz bəy gündəliyin ilk sayında MŞ üzvlərinə əsəbiləşib və yazıb ki, «alçaqlar niyə belə elədilər?» İndi bu «alçaqlar» ifadəsi təhqirdir, yoxsa yox? Siz öz jurnalist fəaliyyətinizdə kiməsə alçaq deyərsinizmi?

X.İ.: Adamdan adama fərq var. Amma görünür, həqiqətən də ona qarşı çox haqsızlıq etmisiniz.

R.M.: Belə bir şeir var ki, adam var tut qılçından at, ağzı hara düşər, düşər. Amma mətbuatda bunu istifadə etmək olar, ya yox?

 

Əvəz Zeynallı:

– Bəxtiyar Sadıqov, o adam ki, Mətbuat Şurasında oturub və bütün mətbuatı jurnalist etikasını pozmaqda ittiham edir, qərarlar çıxarır, özü ağzına gələni danışır. Onun buna ixtiyarı var, ya yox? Biz heç olmasa o iddiada deyilik. Bu bir. İkincisi də Azercell-ə sorğu göndərə bilərsiniz. Sizin qərarınızdan sonra mənə yüzlərlə zəng olub, hamının da verdiyi ilk sual o olub ki, «bu alçaqlar niyə belə elədilər?» Mən də demişəm ki, «ağzınızda alçaq deyirsiniz». Yəni mən cəmiyyətin mövqeyini sadəcə ortaya qoymuşam. Bəs siz Azərbaycanın xoşunuza gəlməyən oğullarını Ramiz Mehdiyevin əmri ilə, özünüzün ən yaxın adamlarınızın layiq olduğu siyahıya salacaqsınız və biz də susacağıq? Bunu gözləyirsiniz? Görməyəcəksiniz! Bu nə məntiqdir, nə mədəniyyətdir, nə tərbiyədir?

X.İ.: Əvəz bəy, bir az emosiyaları nizamlayaq. Bir-birimizə qarşılıqlı hörmətlə yanaşaq. Amma bir halda ki, ikili standartlardan söhbət gedir və hesab olunur ki, xüsusilə müxalifət və müstəqil qəzetlərə qarşı MŞ tərəfindən bir ayrı-seçkilik var, gəlin Mətbuat Şurasının İdarə Heyətinə bir nəzər salaq. Görək kimlər var orada. Mətbuat Şurasının veb səhifəsində Şuranın İdarə Heyətinin tərkibinə baxıram:

 

Əflatun Amaşov – Azərbaycan Mətbuat Şurasının sədri;

Umud Mirzəyev – Beynəlxalq Avrasiya Fondunun rəhbəri, MŞ sədrinin müavini;

Bəxtiyar Sadıqov – deputat, «Azərbaycan» qəzetinin baş redaktoru;

Vüqar Rəhimzadə – «İki sahil» qəzetinin baş redaktoru;

Onu da bildirək ki, hər iki qəzet ciddi hökumət mövqeyilə fərqlənir.

Vüsalə Mahirqızı – APA İA-nın baş direktoru, onun da müstəqilliyi ilə bağlı yəqin həmin saytın istifadəçiləri də məlumatsız deyillər.

Rəşad Məcid – «525-ci qəzet»in baş redaktoru. Sizin də qəzetiniz hökumətyönümlü hesab olunur.

Elçin Şıxlinski – «Ayna-Zerkalo» qəzetlərinin baş redaktoru;

Mehman Əliyev – Turan» İA-nin baş redaktoru, amma o da bir müddət əvvəldən MŞ İH-nin üzvlüyünü tərk edib. Oradan çoxdan istefa verib.

Tapdıq Abbas – «Paralel» qəzetinin baş redaktoru;

Müşfiq Ələsgərli – Jurnalistlərin Həmkarlar İttifaqının sədri. O da son vaxtlar hökumətyönümlü mövqeyi ilə fərqlənir.

Aqil Abbas – deputat və «Ədalət» qəzetinin təsisçisi. O da hökumətyönümlü çıxışları ilə fərqlənir.

Cəmil Həsənli – müxaliffikirlidir, keçmiş deputat olub, onun da hansı fikirlə orada aktiv olduğunu bilmirəm.

Vüqar Səfərli – Prezident yanında KİVDF-nin icraçı direktoru;

Hacı Sabir Həsənli – Bakı İslam Universitetinin rektoru;

Kamal Abdulla – Bakı Slavyan Universitetinin rektoru.

 

Yeri gəlmişkən, Rəşad bəy, bu tərkibi yeniləmək lazımdır, çünki istefa vermiş adamların da adları ora salınıb. Sizcə bu tərkibin özü hökumət ağırlıqlı deyilmi?

R.M.: – O İdarə Heyətinin tərkibini Azərbaycan Jurnalistləri keçirdikləri qurultayda seçiblər. Ora yeşik qoyduq və hamı da səs verdi.

Ə.Z.: Sizin bu ölkədə nə cür yeşik qoyub, seçki keçirdiyinizi bütün Azərbaycan xalqı bilir.

R.M.: Keçən dəfə həmin tərkibdə Qənimət Zahid də var idi. İndi mən nə edim ki, Azərbaycan xalqının əksəriyyəti hökumətyönümlüdür. Bizim nə günahımız var ki?

X.İ.: Mən xatırlayıram, birinci qurultayda səsvermə, xüsusilə sədrin seçilməsi zamanı zalda kvorum yox idi. Amma sonra nəticə elan olundu. Mən də özüm üçün qərar verdim ki, MŞ ilə heç bir ünsiyyətim olmayacaq. Amma ki, bu orada baş verdi. Bilmirəm, sonrakı qurultayda da belə bir vəziyyət olubmu?

 

Sonu gələn sayımızda

 

Hazırladı:

XuralTAC

Mətbuat Şurası nə etdiyinin fərqində deyil!

 

Emin Hüseynov: «Prezident İlham Əliyevin Dubayda bu millətin pulu ilə aldığı və qiyməti milyardlarla manat olan villalarını prokurorluğunuz araşdırsın, görsün, o pulu prezidentiniz haradan alıb, şəxsi mənafeləri üçün xərcləyir?»

 

Xədicə İsmayılova: «Mətbuat Şurasının ikili standartlarla məsələlərə yanaşmasını biz artıq bu iki hadisədən də gördük…»

 

Əvəz Zeynallı: «Özünə hörmət edən heç bir peşəkar mətbuat işçisi MŞ-da yoxdur»

 

«Azadlıq» radiosunun «İşdən sonra» proqramının canlı efirində Xədicə İsmayılovanın aparıcılığı ilə «Xural» qəzetinin Mətbuat Şurasının «qara siyahısı»na salınması və ondan sonra media aləmində baş verən təlatümlər müzakirə edilib.

Radionun qonağı «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı və RATİnin rəhbəri Emin Hüseynov olub. MŞ İdarə Heyətinin üzvü, «525-ci qəzet»in baş redaktoru Rəşad Məcidin qarşı tərəf kimi telefonla müzakirələrə qatılması bir sıra həqiqətləri ortaya çıxarıb.

Oxucu marağını nəzərə alaraq, həmin debatı olduğu kimi təqdim edirik.

 

Əvvəli ötən saylarımızda

 

Emin Hüseynov:

– Mən orada yazılan yazılar kimi sizin həyat yoldaşınız və Mətbuat Şurasının İdarə Heyətinin üzvlərinin həyat yoldaşları haqqında yazsam, demək bu, normal qarşılaşacaq. Eləmi?

 

Rəşad Məcid:

– Orada söhbət düşdü və mən də soruşdum ki, bax, bu yazının harasındadır təhqir?

E.H.: – O məqalədə məni cinayətkar adlandırırsınız və yazırsınız ki, onun rəhbəri də həyat yoldaşıdır, yəni bu cinayətkarın rəhbəri də öz həyat yoldaşıdır. Belə də yazılıb, «onun başında duran Amerikada oturan həyat yoldaşıdır.» Deməli, mən cinayətkaramsa, mənim Amerikada oturan həyat yoldaşım da Amerikada oturan rəhbərimdir. Bu təhqir deyil?

R.M.: – Qəzetin yazdığına görə, prokurorluq cinayət işi aça bilər. Əgər qəzet belə bir iddia edirsə, mən də təklif edirəm ki, prokurorluq bu məsələni araşdırsın.

E.H.: – Hər gün qəzetlərdə hansısa məmurun cinayətkarlığı, rüşvətxorluğu, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsilə bağlı minlərlə yazı yazırlar. Sizin prokurorluq onların hansını araşdırıb? Prezident İlham Əliyevin Dubayda bu millətin pulu ilə aldığı və qiyməti milyardlarla manat olan villalarını prokurorluğunuz araşdırsın, görsün, o pulu prezidentiniz haradan alıb, şəxsi mənafeləri üçün xərcləyir? Niyə mətbuat Şurası bu məsələləri qaldırmır? Bəyəm Mətbuat Şurasının işi tək müstəqil qəzetlərin adlarını «qara siyahı»ya salmaqdır?

R.M.: – Yox, sən iddia edirsən ki, elə deyil. Mən də deyirəm ki, prokurorluq araşdırsın. Mətbuat Şurası o yazının həqiqət olub-olmadığını araşdıra bilməz ki?

E.H.: Mətbuat Şurası araşdıra bilmədiyi yazılara görə niyə günahı o materialları dərc edən qəzetlərdə görüb, onları «qara siyahı»ya salır? Onda belə çıxır ki, MŞ qeyri-peşəkar fəaliyyət göstərir?

R.M.: – Mən dedim axı, sizin də fikirlərinizi qəzet öyrənib yazsın.

 

Xədicə İsmayılova.: – Rəşad bəy, çox maraqlıdır. Hər halda Emin bəyin hadisəsində onun həyat yoldaşının da adı heç bir səbəb olmadan qəzet səhifələrində hallanıb. Burada da «Yeni Azərbaycan» qəzetini müdaifə edirsiniz və hesab edirsiniz ki, orada adı çəkilən cinayətləri prokurorluq araşdırmalıdır. Nə əcəb «Xural» qəzetinin gündəmə gətirdiyi cinayətləri hesab etmədiniz ki, prokurorluq araşdırmalıdır?

 

R.M.: Ola bilsin, indi onu da Mətbuat Şurası prokurorluğa göndərəcək ki, araşdırılsın.

X.İ.: Amma Mətbuat Şurası «Xural» qəzetinin yazdıqlarını araşdırmadan onun özünü «qara siyahı»ya salıb?

R.M.: Eminin məsələsində isə onun öz layihəsində işlətdiyi adamların fikirləri yerləşdirilib.

E.H.: – O adamların fikirləri deyil. Həmin məqalədə internetin vebforumlarından yığılan yazılar idi. Bəs siz bayaqdan Əvəz bəyi ittiham edirsiniz ki, nəyə görə o, FB şəbəkəsində «Azərbaycan» nəşriyyatı ilə bağlı səslənən fikirləri qəzetində dərc edib. Bayaqdan onun buna görə məsuliyyət daşıdığını az qala hakim kimi deyirsiniz. Halbuki Əvəz Zeynallı həmin fikirləri verməzdən əvvəl də nəşriyyatda baş verən o murdarlıqlarla bağlı faktlar əldə edib və onun bu fikirləri dərc etmək üçün də əlində əsas olub.

R.M.: – Əvəz bəyin yazısında birbaşa təhqir elementi var…

E.H.: – Mənim də haqqımda birbaşa təhqir elementləri var idi. Guya mən filan qədər pul mənimsəmişəm. Siz bilmirsiniz ki, bunu kim yazıb, tapın cəzasını verin də, niyə vermirsiz, niyə buna görə «Yeni Azərbaycan»n adını «qara siyahı»ya salmırsınız? Müstəqil mətbuat cinayətkardır, amma hakimiyyət qəzetləri peyğəmbər nəvələridir?

R.M.: Onlar iddia edirlər ki, səni axtarıblar, tapa bilməyiblər.

E.H.: – Necə yəni axtarıblar, tapa bilməyiblər? Onlar ən azı təkzib verməli idilər ki, biz qeyri-peşəkarlığa yol vermişik, gəlin sizin də cavab haqqınızı tanıyaq. Niyə eləmədilər?

R.M.: Sənin fikirlərinin 90 faizi mətbuatda var idi.

E.H.: – Əgər siz bunu belə qəbul edirsinizsə, onda niyə «Xural»a qarşı qərar çxarırsınız? Elə birinci hökumət qəzetlərindən, öz qəzetlərinizdən başlayın da…

X.İ.: – Mətbuat Şurasının ikili standartlarla məsələlərə yanaşmasını biz artıq bu iki hadisədən də gördük…

E.H.: Belə çıxır ki, bu günə kimi heç bir hökumət qəzeti etik normanı pozmayıb ki, MŞ-nın da qara siyahısında heç birinin adı salınmayıb? Amma monitorinq aparmaq kifayət edir ki, yüzlərlə belə yazının siyahısını tutasan. Siz nə etdiyinizin fərqindəsinizmi?

R.M.: Mən yenə deyirəm. Söhbət ayrı-ayrı ifadələrdən gedir ki, birbaşa insanın şərəf və ləyaqətinə toxunur.

X.İ.: Amma Rəşad bəy, tendensiya göz qabağındadır. Hakimiyət qəzetlərində də bu var…

R.M.: İndi baxın. Əvəz bəy gündəliyin ilk sayında MŞ üzvlərinə əsəbiləşib və yazıb ki, «alçaqlar niyə belə elədilər?» İndi bu «alçaqlar» ifadəsi təhqirdir, yoxsa yox? Siz öz jurnalist fəaliyyətinizdə kiməsə alçaq deyərsinizmi?

X.İ.: Adamdan adama fərq var. Amma görünür, həqiqətən də ona qarşı çox haqsızlıq etmisiniz.

R.M.: Belə bir şeir var ki, adam var tut qılçından at, ağzı hara düşər, düşər. Amma mətbuatda bunu istifadə etmək olar, ya yox?

 

Əvəz Zeynallı:

– Bəxtiyar Sadıqov, o adam ki, Mətbuat Şurasında oturub və bütün mətbuatı jurnalist etikasını pozmaqda ittiham edir, qərarlar çıxarır, özü ağzına gələni danışır. Onun buna ixtiyarı var, ya yox? Biz heç olmasa o iddiada deyilik. Bu bir. İkincisi də Azercell-ə sorğu göndərə bilərsiniz. Sizin qərarınızdan sonra mənə yüzlərlə zəng olub, hamının da verdiyi ilk sual o olub ki, «bu alçaqlar niyə belə elədilər?» Mən də demişəm ki, «ağzınızda alçaq deyirsiniz». Yəni mən cəmiyyətin mövqeyini sadəcə ortaya qoymuşam. Bəs siz Azərbaycanın xoşunuza gəlməyən oğullarını Ramiz Mehdiyevin əmri ilə, özünüzün ən yaxın adamlarınızın layiq olduğu siyahıya salacaqsınız və biz də susacağıq? Bunu gözləyirsiniz? Görməyəcəksiniz! Bu nə məntiqdir, nə mədəniyyətdir, nə tərbiyədir?

X.İ.: Əvəz bəy, bir az emosiyaları nizamlayaq. Bir-birimizə qarşılıqlı hörmətlə yanaşaq. Amma bir halda ki, ikili standartlardan söhbət gedir və hesab olunur ki, xüsusilə müxalifət və müstəqil qəzetlərə qarşı MŞ tərəfindən bir ayrı-seçkilik var, gəlin Mətbuat Şurasının İdarə Heyətinə bir nəzər salaq. Görək kimlər var orada. Mətbuat Şurasının veb səhifəsində Şuranın İdarə Heyətinin tərkibinə baxıram:

 

Əflatun Amaşov – Azərbaycan Mətbuat Şurasının sədri;

Umud Mirzəyev – Beynəlxalq Avrasiya Fondunun rəhbəri, MŞ sədrinin müavini;

Bəxtiyar Sadıqov – deputat, «Azərbaycan» qəzetinin baş redaktoru;

Vüqar Rəhimzadə – «İki sahil» qəzetinin baş redaktoru;

Onu da bildirək ki, hər iki qəzet ciddi hökumət mövqeyilə fərqlənir.

Vüsalə Mahirqızı – APA İA-nın baş direktoru, onun da müstəqilliyi ilə bağlı yəqin həmin saytın istifadəçiləri də məlumatsız deyillər.

Rəşad Məcid – «525-ci qəzet»in baş redaktoru. Sizin də qəzetiniz hökumətyönümlü hesab olunur.

Elçin Şıxlinski – «Ayna-Zerkalo» qəzetlərinin baş redaktoru;

Mehman Əliyev – Turan» İA-nin baş redaktoru, amma o da bir müddət əvvəldən MŞ İH-nin üzvlüyünü tərk edib. Oradan çoxdan istefa verib.

Tapdıq Abbas – «Paralel» qəzetinin baş redaktoru;

Müşfiq Ələsgərli – Jurnalistlərin Həmkarlar İttifaqının sədri. O da son vaxtlar hökumətyönümlü mövqeyi ilə fərqlənir.

Aqil Abbas – deputat və «Ədalət» qəzetinin təsisçisi. O da hökumətyönümlü çıxışları ilə fərqlənir.

Cəmil Həsənli – müxaliffikirlidir, keçmiş deputat olub, onun da hansı fikirlə orada aktiv olduğunu bilmirəm.

Vüqar Səfərli – Prezident yanında KİVDF-nin icraçı direktoru;

Hacı Sabir Həsənli – Bakı İslam Universitetinin rektoru;

Kamal Abdulla – Bakı Slavyan Universitetinin rektoru.

 

Yeri gəlmişkən, Rəşad bəy, bu tərkibi yeniləmək lazımdır, çünki istefa vermiş adamların da adları ora salınıb. Sizcə bu tərkibin özü hökumət ağırlıqlı deyilmi?

R.M.: – O İdarə Heyətinin tərkibini Azərbaycan Jurnalistləri keçirdikləri qurultayda seçiblər. Ora yeşik qoyduq və hamı da səs verdi.

Ə.Z.: Sizin bu ölkədə nə cür yeşik qoyub, seçki keçirdiyinizi bütün Azərbaycan xalqı bilir.

R.M.: Keçən dəfə həmin tərkibdə Qənimət Zahid də var idi. İndi mən nə edim ki, Azərbaycan xalqının əksəriyyəti hökumətyönümlüdür. Bizim nə günahımız var ki?

X.İ.: Mən xatırlayıram, birinci qurultayda səsvermə, xüsusilə sədrin seçilməsi zamanı zalda kvorum yox idi. Amma sonra nəticə elan olundu. Mən də özüm üçün qərar verdim ki, MŞ ilə heç bir ünsiyyətim olmayacaq. Amma ki, bu orada baş verdi. Bilmirəm, sonrakı qurultayda da belə bir vəziyyət olubmu?

 Sonu gələn sayımızda

 

Hazırladı:

XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 041 (449), 24 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button