Mahmudəli Çöhrəqanlı: “Bu, təkcə bir təhqirə yox, İranın assimilyasiya siyasətinə etirazdır”

mahmudəli çöhrəqanlı

Güney Azərbaycan türklərinin İranın “Kanal-2” telekanalında yayımlanan “Fitilə” adlı verilişində təhqirə məruz qoyulmasına Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri Mahmudəli Çöhrəqanlı münasibət bildirib.

M.Çöhrəqanlı Azərbaycan türklərinin Tehran rejimi tərəfindən uzun müddətdir ki, təhqirlərə məruz qaldıqlarını bildirir. GAMOH lideri neçə 10 illərdir ki, Azərbaycan türklərinə qarşı İranda assimilyasiya siyasətinin yürüdüldüyünü bildirərək bu etirazların tək bir təhqirə yox, həm də assimilyasiya siyasətinə cavab olduğunu vruğulayıb. O, Azərbaycan türklərinin XX əsrdə bir neçə dəfə İrandakı rejimlərə qiyam etdiyini amma dünya dövlətləri tərəfindən lazımı dəstək ala bilmədiyini də xatırladıb. Onun fikrincə, belə hərəkatlarla millət assimilyasiyasının qarşısını alır,  milli və siyasi cəhətdən ayılır, maariflənir və özünü dərk edir. Ona görə yeni dönəmdə bu proses 20 ildir ki, davam edir.

GAMOH lideri son hadisə ilə bağlı İran televiziyalarının dövlətin tam nəzarətində olduğunu, odur ki, bu təhqirdən rəsmi Tehranın məlumatlı olduğunu vurğulayır.

M.Çöhrəqanlıya görə, bu, bilərəkdən törədilən təxribatdır. Bununla rəsmi Tehran azərbaycanlıların reaksiyasını yoxlamağa çalışır ki, 100 ilə yaxın davam edən assimilyasiya nəticəsində bu millət müqavimət gücünü itirib, ya yox?  “Amma görünən bu oldu ki, millət yüksək siyasi şüura, etiraz və müqavimət gücünə malikdir, etirazlarını davam etdirə bilir”,-  hərəkat lideri mövqeyini ifadə edib.

M.Çöhrəqanlı İran rəsmilərinin verilişə olan etirazlarını xalqın səsinə səs vermək kimi dəyərləndirməyib. Onun fikrincə, “Azərbaycan məsələsi” Güney Azərbaycan türklərinin istədiyi kimi həll olunmadığı halda  İran rejimi bitəcək. GAMOH lideri bu bu gün Güney Azərbaycanı idarə edənlərin milliyyətcə azərbaycanlı, amma millətə və xalqa yox, rejimə bağlı insanlar olduqlarını bəyan edib. “Onlar rejimə çox bağlıdır, hamısı “Sepah” və “Ettealat”ın nümayəndələridir”,  – M.Çöhrəqanlı Güney Azərbaycna başçılıq edənlərin kimliklərinə aydınlıq gətirib.

Xatırladaq ki, adı çəkilən verilişdə Azərbaycan türklərinin təhqir edilməsinə cavab olaraq bir sıra şəhərlərdə kütləvi etiraz aksiyaları keçirilib. Azərbaycan vilayətlərinin rəsmiləri İran televiziyasına etiraz bildirərək üzr istənilməsini tələb ediblər. Bu etirazlar “Fitilə” proqramının ləğvilə nəticələnib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button