Mahmudovun 20 milyonluq obyektinə əl qoyuldu

eldar mahmudov1

Bakının Qaradağ rayonunda “Sədərək” və “Binə” ticarət mərkəzlərinin yaxınlığında yerləşən “Karvansaray” ticarət mərkəzi də MTN-dəki çete tərəfindən yağmalanan ünvanlardandır.

xural.com “Yeni Müsavat”a istinadən xəbər verir ki, 2012-ci ilə kimi ticarət mərkəzində payı olmuş Elşən Kərəm oğlunun sözlərinə görə həmin il davamlı təzyiqlərdən sonra əmlaklarını təhvil vermək məcburiyyətində qalıb: ““Karvansaray” MMC-ni biz 20-yə yaxın sahibkar 2010-cu ildən tikdirməyə başladıq. Ora ümumilikdə 20 milyon manata yaxın vəsait qoyulmuşdu. 2012-ci ilin əvvəllərində MTN generalı Nizaməddin Həmidov “Karvansaray” MMC-nin rəhbərindən 20-dən artıq dükan istədi. Demişdi ki, dükanları Eldar Mahmudov üçün tələb edir. MMC rəhbəri bizimlə məsləhət etdi, dedik ki, mağazaları verə bilmərik. Qiyamət bundan sonra başladı. Başımıza açmadıqları oyun qalmadı. Ticarət mərkəzini tikən podratçı şirkətin rəhbərliyi bizdən MTN-ə şikayət yazdı. Guya onları işlədib pullarını ödəməmişik. Şikayəti MTN yoxladı. Səlim adlı bir işçiləri 2 ay ticarət mərkəzinə gəlib-getdi. Sonda kompleksi tikənlərə 4 milyon manat borclu olduğumuzu dedilər. Yalançı borc yaratdılar. Borcun əvəzinə 40 mağaza alıb verdilər tikintini aparan briqadaya”.

Sahibkar deyir ki, düşünüblər ki, bununla problemləri sona çatıb. 2012-ci ilin yazında ticarət mərkəzinin açılışına hazırlıqlara başlayıblar. Amma…

“Ticarətçilərlə də anlaşmışdıq. Xaricdən şirkətlərlə də anlaşmalar vardı. Çindən, Türkiyədən, Avropadan, Rusiyadan və İrandan şirkətlərlə razılaşmalarımıza uyğun ticarət mərkəzinə mal gətirilməli idi. 1000-ə yaxın sahibkar da orada artıq işləməyə hazırlıq görürdü. Belə bir vaxtda MMC rəhbəri MTN-ə çağırıldı. Onu 8 ay MTN-ə aparıb-gətirdilər. Hər gün səhər saat 7-də MTN-ə çağırırdılar. Saat 10-a qədər orada gözlədirdilər. Sonra da qəbul edib kabinetdə təhqir edir, söyür, başına oyun açırdılar. Yayın ortasında kondisioneri maksimal istiliyə qoyub kabinetdən çıxırdılar. Bunu küçədə 40 dərəcə isti olanda edirdilər. Qapı bağlı olduğundan o, həmin kabinetdən çıxa bilmirdi. Hazırda ağır əməliyyatdan çıxıb. Vəziyyəti çox ağırdır. Növbəti əməliyyata hazırlaşır. Bu xəstəlikləri MTN-dəki dəhşətlərdən sonra tapıb. Bunu hamı bilir. 8 aylıq dəhşətli işgəncələrdən sonra o, daha dözə bilmədiyini dedi və təsisçilikdən imtina etdi” – Elşən Kərəm oğlu bildirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button