Martın 27-ə hava proqnozu

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, bəzi yerlərdə zəif duman olacaq. Şimal küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 6-8° isti, gündüz 13-18° isti, Bakıda gecə 6-8° isti, gündüz 15-17° isti təşkil edəcək. Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % olacaq.

Azərbaycanın rayonlarında əsasən hava yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 18-23° isti, dağlarda gecə 1-6° isti, gündüz 13-18° isti təşkil edəcək.

Martın 28-də qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button