“Masallı dindarları” əfv müraciəti etdilər

masalli m2012-ci ilin sentyabrında Masallıda beynəlxalq folklor festivalı ilə əlaqəli tədbirin pozulmasına cəhd göstərmək, dinc sakinlərə və polis əməkdaşına xəsarət yetirmək ittihamı ilə həbs olunmuş dindarlar Prezident İlham Əliyevə müraciət edərək əfv olunmalarını xahiş edirlər.xural.com-un əldə etdiyi məlumata görə, 13 saylı Cəzaçəkmə Müəssisində saxlanılan məhbuslar müraciəti ilə bağlı Penitensiar Xidmətin rəhbərliyi məlumatlandırılıb.

Mətbuatda “Masallı dindarları” adı ilə təqdim olunan məhbusların cinayət işinə istintaq müddətində silah və narkotik ittihamı da əlavə edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Araz Quliyev 8, Xalid Kazımov 8, Ziya Tahirov 7, Rza Ağalı 7, Surac Ağayev 5, Nicat Əliyev və Namiq Kişiyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Vüsal Quliyevə isə 3 il 6 gün şərti cəza kəsilib.  Sonrakı məhkəmə instansiyaları onların şikayətini təmin etməyib.

Xatırladaq ki, may ayının sonunda Respublika günü münasibəti ilə Prezidnet İlham Əliyevin əfv sərəncamı imzalayacağı gözlənilir. Hüquq müdafiəçiləri əfvin bu dəfə həbsdəki jurnalistlərə və siyasi fəallara da aid olunacağına ümid edirlər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button