Masallıda 20 yaşlı şəhid torpağa tapşırıldı

sehid-masall-300x168

Azərbaycan Milli Ordusunun şəhid olan əsgəri 1996-cı il təvəllüdlü Bağırzadə Firdovsi Əliş oğlu bu gün doğulduğu Masallı rayonunun Güllütəpə kənd qəbiristanlığında torpağa tapşırılıb.

“Report”un məlumatına görə, dəfn mərasimində rayon rəhbərliyi, kənd sakinləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin əməkdaşları, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri iştirak ediblər.

Mərasimdə çıxış edənlər şəhidimizin yaxınlarına səbir diləyib, “Torpağı Vətən edən şəhidlərin qanıdır!” deyə bildiriblər. Onlar Silahlı Qüvvələrimizin son uğurlarını qeyd edərək Ali Baş Komandanın əmrinə müntəzir olduqlarını söyləyiblər.

Şəhid torpağa tapşırıldıqdan sonra havaya yaylım atəşi açılıb. Tabutuna bürünən Azərbaycan bayrağı şəhidin ailə üzvlərinə təqdim olunub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button