“Maşın şou”da qalmaqal – Bir-birini təhqir etdilər-VİDEO

ATV-də yayımlanan “Maşın” realiti şousunun növbəti buraxılışında aktrisa Pərvin Abıyeva ilə müğənni Səidə Sultan arasında söz davası olub.
Xural.com BakuPost.az-a istinadən xəbər verir ki, ifaçı Cavad Rəcəbov səsvermə zamanı rejissor Kənan M.M.-i şoudan uzaqlaşdırmaq istədiyini söyləyib. P.Abıyeva isə dostluq etdiyi Kənan M.M.-i qorumaq üçün “Qardaşım üçün səs istəyirəm” deyərək sevənlərinə üz tutub. S.Sultan aktrisanın bu ifadələrinə sərt münasibət bildirib. Daha sonra P.Abıyeva ilə S.Sultan bir-birini təhqir edib və canlı yayım zamanı hər iki iştirakçının mikrofonları söndürülüb.
P.Abıyeva efirdəki hərəkətinə görə ötən gecə sosial şəbəkə vasitəsilə izləyicilərdən üzr istəyib:
“Mən orada göründüyü kimi həyasız, ləçər biri deyiləm. Məni o həddə çatdırdılar. Əsəb xəstəsi olduğum üçün bu yarışmaya qatılmadan əvvəl psixoloqla danışıb, sakitləşib gəldim. Proqramın qaydaları var. Bura müqavilə imzalayıb gəlmişəm. Burada şəxsiyyətə və ailəyə toxunmaq olmaz. Səidə mənim doğma qardaşıma dil uzatdı, özümdən çıxdım və o həddə çatdım. Heç kim canlı efirdə başqasının ailəsinə dil uzada bilməz. Orada nə mən, nə də qarşı tərəf söyüş işlətmədik. Murad Dadaşovun ağzımı tutmasının səbəbi məni sakitləşdirmək idi. Məni o vəziyyətdə gördüyünüz üçün üzr istəyirəm. Sabah canlı efirdə də hər birinizdən üzr istəyəcəyəm”.
Sözügedən kadrlara 1:36:30-cu dəqiqədən baxa bilərsiniz.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button