“Matəm günü”ndə də telekanallar ciblərini düşündülər

MTRSBu gün “Space TV”, “Xəzər TV”, ANS ÇM, Jazz FM, Anten FM, Araz FM-in proqram üzrə məsul şəxsləri Milli Televiziya və Radio Şurasına dəvət edilib. 

Şuradan strateq.az-a verilən məlumata görə, 6 dekabrda ölkədə baş vermiş yanğın ilə bağlı olaraq matəm elan olunmasına baxmayaraq, adları qeyd olunan radio və televiziyalarda pozuntular olub:

“”Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədi ilə dekabrın 6-sı ölkədə matən günü elan olunub. Matəm günündə “Space TV”, “Xəzər TV”, ANS ÇM, Jazz FM, Anten FM, Araz FM tərəfindən “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 20.8-ci maddəsinin tələbləri pozulub, yayımçılar tərəfindən reklam blokları yayımlanıb.

Bu gün Space TV, Xəzər TV, ANS ÇM, Jazz FM, Anten FM, Araz FM-in proqram üzrə məsul şəxsləri Milli Televiziya və Radio Şurasına dəvət edilib. Pozuntularla bağlı yayımçılara irad tutulub. Eyni zamanda müvafiq tövsiyələr verilib”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button