Mayın 10-da əfv olacaq?

siyasi mehbuslar04.05.2015

Bu barədə azvision.az-a açıqlamasında hüquq müdafiəçisi, millət vəkili Çingiz Qənizadə deyib.

Mayın 10-da əfvin olacağı ilə bağlı xəbərlərə aydınlıq gətirən deputat bu barədə konkret məlumatın olmadığını deyib.

“Hüquq müdafiəçisi olaraq hər zaman cənab prezident tərəfindən atılan bu addımları dəyərləndirmişəm. Hər zaman arzu etmişəm ki, bu cür əfv fərmanları olsun. Əgər may ayının 10-da cənab prezident bir daha humanizm nümayiş etdirərək əfv fərmanı imzalayacaqsa, bura kimin düşüb-düşməməsindən asılı olmayaraq, bunu alqışlayırıq. Amma hazırda əfvin olub-olmaması ilə bağlı konkret məlumat yoxdur. Bu, birbaşa cənab prezidentin səlahiyyətində olan məsələdir”.
Qeyd edək ki, bəzi hüquq müdafiəçilərinin bildirdiyinə görə, 10 may – mərhum prezident Heydər Əliyevin doğum günü ərəfəsində əfv sərəncamı veriləcək. 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button