Mayın 11-nə olan hava proqnozu

havaMayın 11-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam və gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var, mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 8-13°, gündüz 16-21° isti olacağı gözlənilir.
 
Naxçıvan Muxtar Respublikasında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 6-11, gündüz 22-27° isti olacaq.
 
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-9°, gündüz 13-18° isti olacaq.
 
Qazax,Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava yağmurlu olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 18-23° isti olacağı gözlənilir.
 
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında şimşək çaxacaq, arabir yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək, havanın temperaturu gecə 7-12°, gündüz 15-20° isti olacaq.
 
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında yağış yağacaq, gündüz tədricən kəsiləcək. Mülayim qərb küləyi əsəcək, havanın temperaturu gecə 10-15°, gündüz 20-25° isti olacağı gözlənilir.
 
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava yağmurlu olacaq, mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 10-15°, gündüz 18-23° isti, dağlarda gecə 5-10° , gündüz 13-18° isti olacağı gözlənilir. AzərTAG

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button