Mayor intihar etdi

venasini kəsibMeyit yanacaqdoldurma məntəqəsində aşkar olunub.
 
Gəncə şəhərində intihar hadisəsi baş verib.
 
“Report” xəbər verir ki, mayın 11-də günorta saatlarında Gəncə şəhərində 1964-cü il təvəllüdlü Mahal Mikayılov qol damarlarını kəsərək özünə qəsd edib.
Meyit Yeni Gəncə yaşayış massivinin ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində aşkar olunub. Meyit məhkəmə tibbi ekspertiza və pataloji anatomiya birliyinin Gəncə şəhər şöbəsinə aparılıb, müayinə olunaraq aidiyyatı üzrə təhvil verilib.
Qeyd edək ki, intihar etmiş şəxs Gəncə şəhər baş polis idarəsinin dəftərxanasında işləyib, mayor rütbəsi daşıyıb.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda cinayət işi qaldırılıb, intiharın səbəbi araşdırılır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button