MCS Azercell-in birinci olduğunu açıqladı

 

MC

MC&S-in media monitorinq qrupu  01-29 fevral 2016-cı il dövrü üzrə məlumatların hesabatına yekun vurub.

Media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.

Qeyd edək ki, Şirkətin media monitorinq qrupu  10 Televiziya, 55  çap  və  345 on-line media daxil olmaqla  410-dan çox mənbəni izləyir. Şirkət hazırda 20 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır.

Aparıcı 5 sektor üzrə adı mediada ən çox adı  hallanan qurumları təqdim edirik.

Məlumatların sayına görə mobil rabitə şirkətləri arasında Azercell (818 məlumat), banklar arasında Azərbaycan Beynəlxalq Bank (1725 məlumat), sığorta şirkətləri arasında Azərsığorta (167 məlumat),  ali məktəblər arasında BDU (947 məlumat),  otel və biznes mərkəzləri  arasında  Excelsior Hotel Baku  (164 məlumat) irəlidədir.

Qeyd edək ki, daha dolğun nəticələr facebook səhifəsində yerləşdirilib:

https://web.facebook.com/MediaConsultingServices/?fref=ts

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button