MC&S-in media monitorinq qrupu yeni hesabatını açıqladı

Media Consulting and Services MMC 101.05.2015

XuralTAC-a daxil olan məlumata əsasən, MC&S-in media monitorinq qrupu  01-30 aprel 2015-ci il dövrü üzrə məlumatların hesabatına yekun vurub.

Media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.

Qeyd edək ki, Şirkətin media monitorinq qrupu  10 Televiziya, 55  çap  və 170 on-line media daxil olmaqla  215-dən çox mənbəni izləyir. Şirkət hazırda 20 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır.

Aparıcı 5 sektor üzrə adı mediada ən çox adı  hallanan qurumları təqdim edirik.  Məlumatların sayına görə mobil rabitə şirkətləri arasında Azercell (878 məlumat), banklar arasında ABB (1056 məlumat), sığorta şirkətləri arasında AXA MBASK (155 məlumat),  ali məktəblər arasında BDU(1069  məlumat),  otel və biznes mərkəzləri  arasında Fairmont Baku(125 məlumat)  irəlidədir.

9 99 999 9999 99999

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button